Qərb Universitetində BMT Təhlükəsizlik Şurası simuliyasiya olundu

Qərb Universitetində BMT Təhlükəsizlik Şurası simuliyasiya olundu

24-25 dekabr tarixində Qərb Universitetində "Suriya konfliktinin həlli” çərçivəsində "BMT modeli” konfransı keçirildi. Konfransda BMT Təhlükəsizlik Şurası simuliyasiya olundu, tələbələr 18 dövləti təmsil edərək müzakirələr apardılar. Konfransın birinci günü aparılan müzakirələrlə başa çatdı. İkinci günündə isə üzv dövlətlər ortaq məxrəcə gələrək problemin həlli üçün qətnamə qəbul etdilər.

Qərb Universitetinin tələbələrə verdiyi bilik və təcrübə nəticəsində tələbələr BMT Təhlükəsizlik Şurasının simuliyasiyasını peşəkarcasına edərək tədbirdə xüsusi aktivlik göstərdi. Nəticədə Qərb Dilləri fakültəsinin tələbəsi Allahverdiyev Ramiz "Ən yaxşı nümayəndə”, Siyasi elmlər və beynəlxalq münasibətlər fakültəsinin tələbələri Rzayev Turan "Ən yaxşı debatçı”, Kazımov Qadir isə "Ən yaxşı mövqe sənədi”nin müəllifi adına layiq görülərək diplomla təltif edildi. Sonda bütün iştirakçılara sertifikat verildi.

MƏTBUATDA:

AzNews.az: "Suriya konfliktinin həlli” Qərb Universitetində müzakirə edilib

Qafqazinfo.az: Qərb Universitetində BMT Təhlükəsizlik Şurası simuliyasiya olundu

AzerTaym.az: Qərb Universitetində BMT Təhlükəsizlik Şurası simuliyasiya olundu

Sia.az: Qərb Universitetində BMT Təhlükəsizlik Şurası simuliyasiya olundu

Moderator.az: Qərb Universitetində BMT Təhlükəsizlik Şurası simuliyasiya olundu

PressDay.az: Qərb Universitetində BMT Təhlükəsizlik Şurası simuliyasiya olundu