Qonağımız Fələstin dövlətinin Azərbandakı səfiri cənab Nasser Abdel Kareem oldu

Qonağımız Fələstin dövlətinin Azərbandakı səfiri cənab Nasser Abdel Kareem oldu

Qərb Universitetinin 19 dekabr 2013-cü il tarixində saat 11:00-da "Səfir saatı” proqramı çərçivəsindəki növbəti qonağı Fələstin dövlətinin Azərbaycandakı səfiri cənab Nasser Abdel Kareem oldu. Səfir Universitetin professor-müəllim heyəti və tələbələri qarşısında məruzə ilə çıxış etdi. Görüşdə onlara Fələstin münaqişəsinin qısa tarixi və İsraillə sülhün perspektivləri haqqında danışdı və Fələstinlə bağlı sərgi və məlumatlandırma sessiyası təşkil olundu. Həmçinin BMT-nin Azərbaycandakı Nümayəndəliyi tərəfindən mövzu ilə bağlı posterlər təqdim olundu.

Görüşdə Universitetin fəxri professoru, politoloq F.Sadıxov, "Siyasi elmlər” fakültəsinin dekanı p.e.n.,dos.E.Əhmədova, "Xarici əlaqələr” şöbəsinin müdiri, s.e.d.,dos. V.Hacıyeva və Universitetin "İşgüzar inzibatçılıq”, "Siyasi elmlər” və "Qərb dilləri” fakültələrinin tələbələri iştirak etdilər.

Səfir cənab Nasser Abdel Kareem tələbələrin suallarını dolğun və ətraflı şəkildə cavablandırdı və sonda qeyd etdi ki, "Qərb Universiteti ilə tanışlığım məndə gözəl təəssürat yaratdı. Bu universitetin çox dəyərli müəllim və tələbələrinə maraqlı suallarına görə təşəkkür edirəm.”