Polşanın Azərbaycandakı səfiri Qərb Universitetində tələbələrlə görüşmüşdür

Polşanın Azərbaycandakı səfiri Qərb Universitetində tələbələrlə görüşmüşdür

Bakı, 25 may. Mayın 25-də Qərb Universitetində Polşanın Azərbaycandakı səfiri Mixal Labenda ilə görüş olmuşdur. Tədbiri giriş sözü ilə açan universitetin professoru Fikrət Sadıqov diplomat haqqında məlumat vermiş və belə görüşlərin gənclərin vətəndaş kimi formalaşmasına, dünyada və cəmiyyətimizdə mövcud ictimai-siyasi mühitin təhlil edilməsinə imkan yaratdığını qeyd etmişdir. Polşa-Avropa İttifaqı (Aİ) və onların Şərq tərəfdaşlığına dair planları haqqında danışan səfir M.Labenda Avropa İttifaqı ilə əməkdaşlığın perspektivləri, xarici əlaqələr və Avropanın yeni qonşuluq siyasəti barədə danışmışdır. Sonda polşalı diplomat tələbələrin suallarını cavablandırmışdır.