Fələstin dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüş

Fələstin dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüş

Bu gün Qərb Universitetində "Səfir saatı” proqramı çərçivəsində Fələstin dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nasser Abdel Kareem Universitetin professor - müəllim heyətinin və tələbələrin qonağı olmuşdur. Görüşü zamanı səfir "Fələstin probleminin qısa tarixi və Yaxın Şərqdə sülhün perspektivləri” adlı mövzuda çıxış etmişdir. Səfir öz çıxışında Fələstin probleminin tarixini, bir sıra aspektlərini və müasir durumu haqqında ətraflı məlumat verdi və bu problemə bir sıra beynəlxalq təşkilatların və aparıcı dövlərtlərin münasibəti haqqında danışdı. Həmçinin, çıxış zamanı Yaxın Şərqdə baş verən hadisələr haqqında danışıldı, Azərbaycan Fələstin münasibətlərinə toxunuldu, bir sıra müqayisələr edildi. Mövzu ilə bağlı Fələstin səfiri müəllimlərin və tələbələrin çoxsaylı suallarını cavablandırdı.

Daha sonra BMT-nin Azərbaycandakı əlaqələndirmə məsələləri üzrə müşaviri İradə Əhmədova Fələstin xalqının həmrəylik günü ilə bağlı BMT-nin baş katibnin müraciətini auditoriyaya çatdırdı.

Sonda Qərb Universitetinin fəxri professoru Fikrət Sadıqov görüş iştirakçıları adından səfir Nasser Abdel Kareemə dərin minnətdarlığını bildirdi və Yaxın Şərq və Cənubi Qafqaz regionlarında tezliklə sülhün və əminamanlığın bərpa olunmasını arzuladı.