Qərb Universitetinin ənənəvi "Səfir saatı" layihəsi davam edir!

Qərb Universitetinin ənənəvi "Səfir saatı" layihəsi davam edir!

Qərb Universiteti tələbələrinə diplomatlarla birbaşa ünsiyyət yaratmaq, Azərbaycanın xarici əlaqələri və s. haqqında daha ətraflı məlumatlar əldə etmək imkanı yaratmaq məqsədi ilə "Səfir saatı” layihəsi çərçivəsində Azərbaycandakı səfirliklərlə əməkdaşlıq edir. Bu layihə çərçivəsində 29 noyabr 2016-cı il tarixində Qərb Universitetində Fələstin Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Nasir Əbdül Kərimin və Azərbaycan Respublikasında BMT-nin Rezident əlaqələndiricisi cənab Qulam İshaqzainin "29 noyabr Fələstin xalqı ilə Beynəlxalq həmrəylik günü” mövzusunda professor-müəllim və tələbə heyəti ilə görüşü təşkil olunmuşdur.

Tədbiri giriş sözü ilə açan universitetin fəxri professoru Fikrət Sadıqov "29 noyabr Fələstin xalqı ilə Beynəlxalq həmrəylik günü” münasibətilə Fələstin xalqını təbrik etdikdən sonra diplomat haqqında məlumat verdi və belə görüşlərin gənclərin vətəndaş kimi formalaşmasına, dünyada və cəmiyyətimizdə mövcud ictimai-siyasi mühitin təhlil edilməsinə imkan yaratdığını qeyd etdi.

Fələstin Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Nasir Əbdül Kərim Fələstinin tarixi aspektlərinə nəzər saldı, dövlətinin xarici və daxili siyasətinin əsas xüsusiyyətlərindən danışdı. Beynəlxalq müstəvidə Azərbaycan və Fələstin dövlətlərinin qarşılıqlı münasibətlərindən söz açdı. Çıxışının sonunda səfir tələbələrin çoxsaylı suallarını cavablandırdı və bir sıra məsələləri şərh etdi.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasında BMT-nin Rezident əlaqələndiricisi cənab Qulam İshaqzai Fələstin dövlətinin prezidenti Mahmud Abbasın Fələstin xalqı ilə Beynəlxalq həmrəylik günü ilə əlaqədar bəyannaməsini tədbir iştirakçılarına çatdırdı. Və öz adından Fələstin xalqını bu bayram münasibətilə təbrik etdi.

Tədbirin sonunda qonaqlar Qərb Universiteti ilə yaxından tanış oldu, yeni fəaliyyətə başlayan BMT Depozitariya Kitabxanası qonaqlarda xüsusi maraq doğurdu.

MƏTBUATDA:

Pia.az: Qərb Universitetinin ənənəvi "Səfir saatı" layihəsi davam edir!

Pressday.az: Qərb Universitetinin ənənəvi "Səfir saatı" layihəsi davam edir!

Modern.az: Qərb Universitetinin ənənəvi "Səfir saatı" layihəsi davam edir!

Aznews: Fələstin səfiri və BMT nümayəndəsi Qərb Universitetində olub