QƏRB UNİVERSİTETİNDƏ İNDONEZİYA SƏFİRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

QƏRB UNİVERSİTETİNDƏ İNDONEZİYA SƏFİRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

Qərb Universitetinin ənənəvi "Səfir saatı” layihəsi çərçivəsində universitetdə İndoneziyanın Azərbaycandakı səfiri Husnan bey Fananie ilə görüş keçirilib.
Əvvəlcə səfir Universitetin rektoru professor Andris Leitasla görüşüb. Səfirə təhsil ocağının fəaliyyəti, əldə etdiyi nailiyyətlər barədə məlumat verilib. Bilidirlib ki, Qərb Universiteti daim tədris proqramlarını yeniləyir, hazırda isə infrastrukturun müasirləşdirilməsi üçün əsaslı işlər aparır, maddi-texniki bazanın gücləndirilməsi təmin edilir və nəhəng kompleks, yeni binalar və müasir kampusun tikintisi həyata keçirilir, müxtəlif sahələrlə bağlı müasir, unikal laboratoriyalar qurulur.
Daha sonra İndoneziya səfiri tələbələrlə görüşüb. Qərb Universitetin professoru Fikrət Sadıxov İslam Həmrəyliyi İlində, islam oyunlarının sona çatmasından iki gün sonra keçirilən bu görüşün həm də rəmzi xarakter daşıdığını dilə gətirib. Tələbələr qarşısında çıxış edən Husnan bey Fananie Azərbaycanın dünyanın ən gözəl, zəngin ölkələrindən biri olduğunu vurğulayıb, eləcə də öz ölkəsi barədə məlumatları tələbələrin diqqətinə çatdırıb, müxtəlif istiqamətləri əks etdirən video-təqdimatlar edib.

Səfir Azərbaycan-İndoneziya münasibətlərini şərh edib, ölkələrimiz arasında yaxşı əlaqələrin mövcud olduğunu qeyd edib. Diplomat İndoneziyanın Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini - ərazi bütövlüyünü birmənalı şəkildə müdafiə etdiyini vurğulayıb.

H. Fananie Azərbaycanın islam həmrəyliyinə ciddi şəkildə dəstək verdiyini bildirib, IV İslam Həmrəyliyi Oyunlarının bu baxımdan əhəmiyyətini qeyd edib.
Daha sonra səfir tələbələri maraqlandıran sualları cavablandırıb.
İndoneziya səfirinin pianodakı ifası da maraqla qarşılanıb.
Tədbir Qərb Universitetinin tələbələrinin hazırladığı bədii kompazisiya ilə davam edib.

Məlumat!Bu qaleriya altında şəkil yoxdur...