Qərb Universitetində "İRƏLİ" İCTİMAİ BİRLİYİNİN təqdimatı baş tutub

Qərb Universitetində "İRƏLİ" İCTİMAİ BİRLİYİNİN təqdimatı baş tutub

28 noyabr tarixində Qərb Universitetində "İRƏLİ” İctimai Birliyinin təqdimatı baş tutub. Təqdimatda "İRƏLİ” İctimai Birliyinin baş katibi Azər Abdullayev, İnsan Resursları üzrə menecer Firad Rəsulov, Qərb Universitetinin müəllimləri və tələbələri, "İRƏLİ” İctimai Birliyi üzrə koordinatoru Sevda Həmidəliyeva iştirak etmişlər.

Azər Abdullayev hər kəsi salamlayaraq, yaradılan şəraitə görə təşəkkürünü bildirib. Daha sonra Firad Rəsulov "İRƏLİ” İctimai Birliyinin layihələri haqqında danışıb, birliyin tarixi, fəaliyyət istiqamətləri, gənclər üçün yaratdığı imkanlar barədə geniş məlumatı özündə əks etdirən təqdimat həyata keçirib.

Təqdimatdan sonra tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb. Qeyd edəki ki, "İRƏLİ” İctimai Birliyi hər tədris ilində Azərbaycanın ali təhsil ocaqlarında təşkilatın təqdimatını həyata keçirir. Təqdimatların əsas məqsədi universitet tələbələrinin ictimai fəaliyyətə cəlb olunması, "İRƏLİ” İctimai Birliyinin fəaliyyəti və təşkilatda gənclər üçün yaradılan imkanlarla tanış etməkdir.