Çirkləndiricilərin Atılması və Yayılması üzrə Registr (ÇAYR) haqqında seminarı

Çirkləndiricilərin Atılması və Yayılması üzrə Registr (ÇAYR) haqqında seminarı

Noyabr 30, 2013 Azərbaycan Qərb Universitetinin tələbələri üçün Çirkləndiricilərin Atılması və Yayılması üzrə Registr (ÇAYR) haqqında məlumatlandırmanın artırılması seminarı keçirilmişdir. Seminar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin himayəsində və Təhsil və Araşdırma üzrə Birləşmiş Millətlər İnstitutun ( UNİTAR) texniki dəstəyi ilə "Azərbaycanda Çirkləndiricilərin Atılması və Yayılması üzrə Milli Registrın (ÇAYR) yaradılması üzrə potensialın qücləndirilməsi və Kimyəvi Maddələrinin Beynəlxalq İdarə Etmə üzrə Stratejı Yanaşmanın / SAİCM həyata keçirilməsinin dəstəklənməsi” pilot layihəsi çərçivəsində təşkil olunub. İştirakçılara koordinatoru və layihə ekspertləri tərəfindən layihə çərçivəsində həyata keçirilən fəaliyyətlər barədə məlumat verildi.

Orxus Konvensiyasının müddəalarını həyata keçirmək üçün ən effektiv vasitə kimi tanınan reyestr barədə məlumat verildi və davamlı inkişafa nail olmaq üçün reyestrdən istifadə yolları danışıldı. Tələbələrə reyestrin əsas prinsipləri və müddəalarını göstərən, milli Reyestrin məlumatların strukturunun formalaşması barədə slaydlar nümayiş olunmuşdur. Avropa reyestrinin məlumatın istifadəsi barədə beynəlxalq təcrübə GIS texnologiyalarından əsasən interaktiv xəritə şəklində təqdim edildi. Azərbaycanda ÇAYR tikintisi pilot layihəsi haqqında məlumat "Azərbaycanda PRTR" saytın təqdimatı ilə müşayiət və ətraf mühitin keyfiyyəti ilə bağlı canlı aləmin dəyərləri mövzuda məruzə edilmişdir.

Giriş məlumatlandırma Seminarın məqsədi UNITAR təlimçiləri ilə online interaktiv müzakirə PRTR:Learn forum aparmaq üçün hazırlıq mərhələsini həyata keçirmək idi. Bu forumda iştirak etmək üçün paytaxtın digər universitetlərdən ən aktiv, qabaqcıl ekoloji məlumatlı tələbələri cəlb etmək nəzərdə tutulur.