Kuba Mədəniyyəti Dünya sivilizasiyası kontekstində" mövzusunda kulturoloji seminar

Kuba Mədəniyyəti Dünya sivilizasiyası kontekstində" mövzusunda kulturoloji seminar

Qərb Universitetində 2 noyabr 2013-cü il tarixində "Kuba Mədəniyyəti Dünya sivilizasiyası kontekstində" mövzusunda Beynəlxalq Kulturoloji seminar keçirildi. Seminar "Simurq” Azərbaycan Mədəniyyəti Assosiyasiyası, Azərbaycan Kulturologiya Cəmiyyəti və Qərb Universiteti tərəfindən birgə təşkil olunmuşdur. Seminarı çıxış sözü ilə "Simurq” Azərbaycan Mədəniyyəti Assosiyasiyasının Prezidenti Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik akademiyasının professoru Fuad Məmmədov açdı. Seminarda Kuba xalqının mədəniyyətinə dair maraqlı elmi mühazirələr dinlənildi.

Çıxış etdilər: "Kuba mədəniyyəti tarixinə kulturoloji baxış ” - Azərbaycan Respublikası yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Simurq” Azərbaycan Kulturoloqlar Cəmiyyətinin prezidenti Fuad Məmmədov; "Azərbaycan - Kuba mədəniyyətlər əlaqələri tarixindən” - fəlsəfə elmləri namizədi, Qərb Universitetinin dosenti Reyhan Hüseynova, "Kuba ədəbiyyatının inkişaf mərhələləri” - filologiya elmləri namizədi, Qərb Universitetinin dosenti Mübariz Məmmədli.

Seminarda alimlər, müəllimlər, mədəniyyət xadimləri, "Simurq”, Azərbaycan Kulturoloqlar Cəmiyyətinin üzvləri, eləcə də, səfirliklər, beynəlxalq təşkilatlar, QHT nümayəndələri iştirak etmişlər.