"Gəncliklə səsləşən tarix" adlı elmi seminar

"Gəncliklə səsləşən tarix" adlı elmi seminar

Ümummilli liderimizin həyat amalı bütün varlığı ilə sevdiyi Azərbaycan xalqına, dövlətçiliyinə, ölkəmizin sosial-siyasi, iqtisadi, mədəni inkişafına xidmət olmuşdur.

H.Əliyevin rəhbərliyi altında bütün sahələrdə olduğu kimi mədəniyyətimiz də özünün yüksəlişi, çiçəklənməsi, zənginləşməsi dövrünü yaşamışdır. Onun Azərbaycana rəhbərlik etdiyi dövrü mədəniyyətimizin tarixində yeni intibah dövrü adlandırmaq olar. O qeyd edirdi ki, "Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir. Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir.”

Bu gün hər bir sahədə olduğu kimi, bu sahədə də ulu öndərin siyasəti uğurla davam etdirilir. Hörmətli prezidentimiz İlham Əliyev, Heydər Əliyev fondunun prezidenti, ölkənin birinci xanımı, YUNESKO və İSESCO-nun xoşməramlı səfiri M.Əliyevanın rəhbərliyi altında mədəniyyətimizin, mədəni irsimizin qorunub saxlanılması və dünya səviyyəsində təbliği sahəsində böyük işlər görülür. Hal-hazırda Azərbaycan mədəniyyəti özünün yükşəlişi, çiçəklənməsi, bütün sahələrinin vüsətli inkişafı, zənginləşməsi, geniş miqyasda təbliği, bütün dünyada tanınması dövrünü yaşayır.
Təhsil müəssisəsi olaraq tələbələrimizin vətənpərvər ruhda yetişdirilməsi məqsədilə "İşərişəhər” Tarix Muzeyi ilə əməkdaşlıq çox əhəmiyyətlidir.