Çirkləndiricilərin atılması və yayılması Reestri üzrə çayır learn müzakirə forum  – Vebinar Qərb Universitetində keçirildi

Çirkləndiricilərin atılması və yayılması Reestri üzrə çayır learn müzakirə forum – Vebinar Qərb Universitetində keçirildi

"Azərbaycanda Çirkləndiricilərin Atılması və Yayılması üzrə Milli Reestrinin (ÇAYR) yaradılması üzrə potensialın qücləndirilməsi və Kimyəvi Maddələrinin Beynəlxalq İdarə Etmə üzrə Stratejı Yanaşmanın / SAİCM həyata keçirilməsinin dəstəklənməsi" haqqında pilot layihəsi çərçivəsində Qərb Universitetində forum keçirilmişdir.
Tədbirdə İKT fakultəsində təsil alan və məlumat baza yaradılması ixtisasını öyrənən I - III kurs tələbələri iştirak etmişdilər. Forum PRTR:Learn platforması üzərində webinar formatında həyata keçirilmişdir. Webinarın əsas məqsədivətəndaş cəmiyyətini virtual forumla təmin etmək üçün PRTR: Learn təlim və bilik platformasınınnəznində ÇAYR ilə bağlı məsələləri müzakirəsini aparmaq idi. BMT-nın Təlim və Tədqiqat İnstitutunun / UNİTAR Kimyavi maddələrin və Tullantıların İdarə olunması Proqramın Təliminin hazırlanması üzrə mütəxəssis Vera Barrantes tərəfindən "ÇAYR-in əsas istiqamətləri və İKT funksiyaları", "Öyrənilmiş dərslər-Serbiyanın ÇAYR", "Açıq mənbə proqramından istifadə edərək Almaniyanın PRTR-ni geodata ilə təmin edilməsi" – mövzularından ibarət prezentasiya təqdim olunmuşdur. Webinarın məlumat hissəsinin bitirdikdən sonra sual-çavab diskussiya aparılmışdır. ÇAYR reyestrinin məlumatlarından necə istifadə edilməlidir, reyestr məlumatının etibarlılığı, ÇAYR reyestrinin fəaliyyətini təmin etmək üçün ölkə səviyyəsində məlumat bazalar mərkəzlərinin ümumi sayi və s. əsas suallardan ibarət məsələlər müzakirəyə qoyulmuşdur.
Seminarın sonunda layihənin məsul agentliyi - Ekologiya və Təbii Sərvətlər Nazirliyi və icraçi təşkilatı –"ECOSCOPE" təşəbbüs qrupu tərəfindən istifadə olunmuş batareyaları yığmaq üçün konteyner tələbələrə hədiyyə verilib.