ABŞ və Avropanın nüfuzlu alimləri Qərb Universitetində

ABŞ və Avropanın nüfuzlu alimləri Qərb Universitetində

Azərbaycanın təhsil sistemində ABŞ və Avropanın nüfuzlu universitetləri ilə ikitərəfli və beynəlxalq konsorsiumlar çərçivəsində çoxtərəfli əlaqələri sistemli şəkildə qurmaqda öncül olmuş Qərb Universiteti bu ənənələrini indi də davam etdirməkdədir. Qərb Universiteti bir etibarlı və məsuliyyətli tərəfdaş kimi birgə əməkdaşlığa, istər ikitərəfli, istərsə də çoxtərəfli layihələr çərçivəsindəki öhdəliklərinə xüsusi həssaslıqla yanaşır, vəzifələrini böyük uğurla həyata keçirir. Bu səbəbdəndir ki, hələ 20 il əvvəl möhkəm özül əsasında qurulan münasibətlər bu gün də bəhrələrini verir.

1995-ci ildə Qərb Universiteti Kolderdeyl kolleci (Böyük Britaniya) ilə birqə bazar iqtisadiyyatına keçid dövründə ali təhsil sisteminin inkişaf etdirilməsinə həsr olunmuş TASİS layihəsində iştirak etmişdir. Bu layihə Böyük Britaniya universitetlərilə digər silsilə layihələr üçün əsas olmuş və onlardan biri də Britaniyanin Nou-hau Fondunun Şərqi Avropa və Mərkəzi Asiya ölkələri ilə Təhsil sahəsində Reqional əməkdaşlıq layihəsi tərəfindən təklif edilmişdir. Bu layihə Britaniya Şurası tərəfindən həyata keçirilirdi. Maliyyə xidmətləri üzrə tədris proqramlarının yaradılmasına yönəlmiş bu layihə üzrə partnyor institut Notinqem Trent Universiteti (Böyük Britaniya) olmuşdur. Layihənin kordinatoru Notingem Trent Universitetinin və İndiana Universitetinin professoru, həmçinin Qərb Universitetinin fəxri professoru Rendel Beyker idi.

Rendel Beyker ABŞ-da sosial-siyasi elmlər üzrə görkəmli mütəxəssislərdəndir. Tədqiqat sferasına siyasi elmin və sosiologiyanın müxtəlif sahələri, dövlət idarəçiliyi, elmşünaslıq, ətraf mühit hüququna dair geniş spektri əhatə edən mövzular daxildir. Professor Rendel Beyker İspaniyanın Seville, Madrid şəhərlərində, Böyük Britaniyada, Boliviyada, Bolqarıstanda və Azərbaycanda bir sıra universitetlərin qurulmasında böyük dəstək göstərmişdir. Qərb Universitetilə əlaqələrinə olduqca önəm verən professor Beyker universitetimizin 01-16 may 2014-cü il tarixlərində QU tələbələri üçün "Niyə Amerika Avropa deyil?”, Ətraf mühit: Elm, Siyasət və Dəyərlər” və "Təbiət və dəyişikliklərin bizə təsiri və biz bunu necə idarə edə bilərik?” mövzularında 10 günlük kurs aparacaq.

28 aprel 2014-cü il tarixindən başlayaraq isə Böyük Britaniyanın çox nüfuzlu ali məktəblərindən olan İmperial Kollec Biznes Məktəbinin professoru Kolin Lav 02 may 2014-cü il tarixinədək "Təşkilat davranış” və "İnsan resurslarının idarə edilməsi” mövzularında 5 gün davam edən kurs keçəcək. Professor Kolin Lav marketinq, biznes strategiyası, beynəlxalq biznes sahələrində görkəmli mütəxəssis kimi İngiltərənin akademik dairələrində böyük nüfuza malikdir.