Soyqırımı gününə həsr olunmuş tədbir keçirildi

Soyqırımı gününə həsr olunmuş tədbir keçirildi

31 mart soyqırımı insanlıq əleyhinə yönəlmiş qəddar cinayətdir. Hər il mart ayının 31-i respublikamızda azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur, erməni ideoloqlarının dövlət səviyyəsində dəstəklədikləri soyqırımı və terror siyasətinin günahsız qurbanlarının xatirəsi dərin ehtiramla yad edilir. 96 il əvvəl - 1918-ci ilin martında daşnak-bolşevik birləşmələrinin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri amansız qətliamların əsas məqsədi azərbaycanlıları milli etnos kimi yer üzündən silmək, onların tarixi torpaqlarına yiyələnmək olmuşdur.

1998-ci il martın 26-da prezident Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb. Həmin gündən başlayaraq 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur. 31 mart Azərbaycanlıların Soyqırımı günü hər il olduğu kimi bu il də Qərb Universitetində qeyd edildi. Məruzəçilərdən "Siyasi elmlər” fakültəsinin dekanı E.Əhmədova, "Politologiya və beynəlxalq münasibətlər” kafedrasının müəllimləri E.Qazı-zadə, Ş.Nuriyeva, və b. Bakı, Quba, Şamaxı, Xaçmaz, Naxçıvan və digər ərazilərdə törədilən cinayət və yetirilməsi haqqında ətraflı məlumat verdilər. Sonda bu hadisələri əks etdirən sənədli film nümayiş edildi.