Bakı Kulturoloji Seminarı keçirildi

Bakı Kulturoloji Seminarı keçirildi

15 mart, 2014-cü il saat 11:00-da Qərb Universitetində "Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası və Azərbaycan Kulturoloqlar Cəmiyyəti ilə birlikdə təşkil olunan "Elm, humanizm və multikulturalizm Azərbaycan və dünya mədəniyyətində” mövzusunda Bakı Kulturoloji Seminarı keçirildi. Tədbirdə alimlər, müəllimlər, mütəxəssislər, incəsənət xadimləri, həkimlər, məmurlar, sahibkarlar, "Simurq” AMA-nın üzvləri, QHT, yaradıcı və həmkarlar ittifaqları, bələdiyyələr, beynəlxalq təşkilatlar və fondların, səfirliklərin, gənclər, qadınlar, dini təşkilatlar və KİV-nin nümayəndələri iştirak etmişdir.

Seminarda "Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycan kulturoloqlar Cəmiyyətinin sədri prof. Fuad Məmmədov giriş sözü ilə çıxış etmişdir. Tədbirdə İİPBEA-nın akademiki, "Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının vitse-prezidenti Namiq İsmayılov "Mədəniyyət fenomeni olan elmin inkişafına kulturoloji baxış” mövzusunda, həkim-psixoloq Ramazan Əsgərli "Şəxsiyyətin mənəvi inkişafında dinin və elmin rolu” mövzusunda, Qərb Universitetinin dosenti fəlsəfə doktoru Reyhan Hüseynova ”Multikulturalizm Azərbaycan mədəniyyətində” mövzusunda məruzə ilə çıxış etmişlər.