MasterKlass - "Qaradan-Rəngliyə"

MasterKlass - "Qaradan-Rəngliyə"

3 dekabr 2014-cü il tarixində Qərb universitetinin akt zalında "Karnegi Klub" tərəfindən "Qaradan-Rəngliyə" adlı master-klass keçirilmişdir.

Ətraflı
Gənc Diplomatlar Birliyinin nümayəndə heyəti Gürcüstan Respublikasında işgüzar səfərdədir

Gənc Diplomatlar Birliyinin nümayəndə heyəti Gürcüstan Respublikasında işgüzar səfərdədir

Bu səfərdə Qərb Universitetinin 4 cü kur s tələbəsi və "Qərb Universitet Diplomat Club"-un sədri Əfqan Baxşəliyev də iştirak etmişdir. 23 noyabrda Gürcüstan Gənc Diplomatlar Birliyi və Azərbaycan Gənc Diplomatlar Birliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır.

Ətraflı
Qərb Universiteti tələbələrinə Kapital Bazarı mövzusunda təlim keçirildi

Qərb Universiteti tələbələrinə Kapital Bazarı mövzusunda təlim keçirildi

Oktyabrın 17-də Qərb Universitetində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Kapital Bazarı üzrə Təlim Mərkəzi ilə birgə tələbələr üçün silsilə təlimlər başlanmışdır. Təlimdə Universitetin professor-müəllim heyəti də iştirak etdi.

Ətraflı
Zenfira Məmmədova: "Qərb Universitetinin yeganə məqsədi yüksək səviyyəli və hazırlıqlı mütəxəssislər yetişdirməkdir"

Zenfira Məmmədova: "Qərb Universitetinin yeganə məqsədi yüksək səviyyəli və hazırlıqlı mütəxəssislər yetişdirməkdir"

Yaxşı təhsil parlaq gələcəyin təminatıdır. Hansısa ölkənin vətəndaşları nə qədər təhsilli, savadlı olarsa, orada inkişaf, rifah səviyyəsi də bir o qədər yüksək olur. Bundan başqa təhsilli, savadlı insanlar cəmiyyətin aparıcı qüvvələri kimi həmişə hörmətlə qarşılanır. Ancaq təhsil asanlıqla əldə olunan bir nemət deyil. Bunun üçün davamlı şəkildə oxumalı, zəhmət çəkməlisən.

Ətraflı
Qərb Universitetində yeni dərs ili başlandı (2014)

Qərb Universitetində yeni dərs ili başlandı (2014)

15 Sentyabr Qərb Universitetində tələbə adını qazanmış gənclərlə görüş keçirildi. Görüşdə Qərb Universitetinin aparıcı mütəxəssisləri, professor-müəllim heyyəti, I-kurs tələbələr və onların valideyinləri iştirak etdilər.

Ətraflı
Sekspir yubileyində fəal iştirak etdiyi üçün Britaniya Şurasından 49 sertifikat

Sekspir yubileyində fəal iştirak etdiyi üçün Britaniya Şurasından 49 sertifikat

Aprelin 23-də ingilis dramaturqu və şairi Uilyam Şekspirin anadan olmasının 450 illiyi tamam olmuşdur. Həmin gün Böyük Britaniyanın Azərbaycan Respublikasındakı səfiri cənab İrfan Siddik dahi ədibə həsr olunmuş yubiley tədbirlərini açmışdır.

Ətraflı
ABŞ və Avropanın nüfuzlu alimləri Qərb Universitetində

ABŞ və Avropanın nüfuzlu alimləri Qərb Universitetində

Azərbaycanın təhsil sistemində ABŞ və Avropanın nüfuzlu universitetləri ilə ikitərəfli və beynəlxalq konsorsiumlar çərçivəsində çoxtərəfli əlaqələri sistemli şəkildə qurmaqda öncül olmuş Qərb Universiteti bu ənənələrini indi də davam etdirməkdədir. Qərb Universiteti bir etibarlı və məsuliyyətli tərəfdaş kimi birgə əməkdaşlığa, istər ikitərəfli, istərsə də çoxtərəfli layihələr çərçivəsindəki öhdəliklərinə xüsusi həssaslıqla yanaşır, vəzifələrini böyük uğurla həyata keçirir.

Ətraflı
"İnsan hüquqları və gender bərabərliyi" mövzusunda görüş

"İnsan hüquqları və gender bərabərliyi" mövzusunda görüş

14 aprel 2011-ci il tarixində Qərb Universitetində Birləşmiş Millətlər Təşkilatının İctimai İnformasiya Departamentinin Azərbaycandakı Nümayəndəsi Envera Selimoviçin iştirakı ilə "İnsan hüquqları və gender bərabərliyi" mövzusunda tələbə və müəllimlərlə görüş olmuşdur.

Ətraflı
Soyqırımı gününə həsr olunmuş tədbir keçirildi

Soyqırımı gününə həsr olunmuş tədbir keçirildi

31 mart soyqırımı insanlıq əleyhinə yönəlmiş qəddar cinayətdir. Hər il mart ayının 31-i respublikamızda azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur, erməni ideoloqlarının dövlət səviyyəsində dəstəklədikləri soyqırımı və terror siyasətinin günahsız qurbanlarının xatirəsi dərin ehtiramla yad edilir.

Ətraflı
"Xocalı soyqırımı əsrin faciəsi" adlı tədbir və sərgi keçirilmişdir

"Xocalı soyqırımı əsrin faciəsi" adlı tədbir və sərgi keçirilmişdir

26 fevral 2014-cü il saat 11:00-da Qərb Universitetinin "Siyasi elmlər" və "Dizayn" fakültəsinin tələbələrinin Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə həsr olunmuş "Xocalı soyqırımı əsrin faciəsi" adlı tədbir və sərgi keçirilmişdir. Tədbirdə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşları, Qərb Universitetinin "Dizayn" və "Siyasi elmlər" fakültəsinin professor-müəllim heyəti və tələbələrı iştirak etmişdir.

Ətraflı