Qərb Universitetinin tələbələri könüllülük proqramlarında fəal iştirak edir

Qərb Universitetinin tələbələri könüllülük proqramlarında fəal iştirak edir

Qərb Universitetinin tələbələri ölkəmizin evsahibliyi etdiyi beynəlxalq yarış və müsabiqələrdə, müxtəlif könüllülük proqramlarında daim aktiv iştirak edir. Tələbələrin ictimai fəallığı, bacarıqları, xarici dil bilikləri bu layihələrdə özlərini ən yaxşı tərəfdən göstərmələrinə imkan verir.

Bu gün universitetdə könüllülük fəaliyyəti ilə bağlı Qərb Universiteti və ASAN Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə bu bir daha vurğulanıb.

Tədbirdə könüllülük fəaliyyəti, onun əhəmiyyəti barədə məlumat verilib, tələbələri maraqlandıran suallar cavablandırılıb. Bildirilib ki, könüllülük fəaliyyəti gənclərin bilik və bacarıqlarını artırır, onları gələcək peşəkar iş həyatına hazırlayır.

Sonda Qərb Universiteti və ASAN Könüllüləri Gənclər Təşkilatı arasında gənclərin könüllülük fəaliyyəti və təcrübə mübadiləsi ilə bağlı Əməkdaşlıq Memorandumunun imzalanması barədə razılıq əldə olunub.