QƏRB UNİVERSİTETİNİN TƏŞKİLATÇILIĞI İLƏ BEYNƏLXALQ KONFRANS KEÇİRİLİR

QƏRB UNİVERSİTETİNİN TƏŞKİLATÇILIĞI İLƏ BEYNƏLXALQ KONFRANS KEÇİRİLİR

QƏRB UNİVERSİTETİNİN TƏŞKİLATÇILIĞI İLƏ BEYNƏLXALQ KONFRANS KEÇİRİLİR

Bu gün Qərb Universitetinin təşkilatçılığı ilə "Müasir dəyişən dünyada xalqların milli özünüdərk və özünütəsdiq prosesinin aktual problemləri” mövzusunda Beynəlxalq Elmi Konfrans işə başlayıb.

Beynəlxalq konfransın iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət etdilər.
Konfransın plenar iclasını açıq elan edən Qərb Universitetinin Qəyyumlar Şurasının sədri, professor Hüseynqulu Bağırov qonaqları salamlayaraq konfransın mövzusu barədə məlumat verdi, onun əhəmiyyəti və mövzunun aktuallığını şərh etdi.

 

Qərb Universitetin rektoru professor Andris Leitas konfransın proqramı, əhatə etdiyi istiqamətlər və miqyası barədə məlumat verdi. Rektor bildirdi ki, konfransda ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Misir, İsrail, Qazaxıstan, Özbəkistan və s. də daxil olmaqla dünyanın 10-dan artıq ölkəsindən nümayəndələr, elmi tədqiqatçılar iştirak edirlər. Konfransda islam ölkələri arasında siyasi, iqtisadi, mədəni əməkdaşlığın gücləndirilməsi, xalqların milli özünüdərk və özünütəsdiq məsələləri, Cənubi Qafqaz regionunda etnik münaqişələrin yaradılması və onların milli dövlət quruculuğu prosesinə təsiri, eləcə də bu münaqişələrin beynəlxalq iqtisadi və mədəni inteqrasiyada əsas təhlükə olması ətrafında mühazirələr olacaq, müzakirələr aparılacaq.

Təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə tolerant mühitin bütün dünya üçün nümunə ola biləcəyini qeyd etdi və vurğuladı ki, bu mühit ölkənin təhsil sistemində də özünü göstərir, müxtəlif xalqların nümayəndələri ölkəmizdə öz dillərində təhsil ala bilirlər.

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsaqzai konfransın əhəmiyyətini vurğuladı, bütün dünyanı qayğılandıran sülh və təhlükəsizliyin təmin olunması üçün qlobal əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd etdi.

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədovun, Azərbaycan Milli Məclisinin üzvü Aydın Mirzəzadənin, TÜRKSOY-un baş katibi Düsein Kaseinovun, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik akademiyasının rektoru Urxan Ələkbərovun, Fələstinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nasser Abdel Kareemin və İndoneziya Respublikasının Azərbaycandkı fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fananinin çıxışlarında da konfransın əhatə etdiyi ayrı-ayrı istiqamətlərə toxunuldu, konfransın əhəmiyyəti qeyd edildi.
Daha sonra konfrans işini bölmə iclaslarında davam etdirdi.
Beynəlxalq konfrans iyunun 2-də də davam edəcək, bölmə iclaslarında mühazirələr dinləniləcək, müzakirələr aparılacaq.
Əlavə edək ki, Konfrans ərəfəsində dünyanın tanınmış təqdqiqatçılarının iştirakı ilə Qərb Universitetində bir sıra seminar, treyninq və mühazirələr təşkil olunub.

 

Konfrans zəngin mədəni proqramla da müşayiət olunur, xarici qonaqlar Azərbaycanın tarixi və mədəni irsini əks etdirən bir çox məkanları ziyarət edib, müxtəlif tədbirlərə qatılıblar.

Dünən qonaqlar Bakıda – İçərişəhərlə, Şirvanşahlar Sarayı və Azərbaycan Xalça Muzeyi ilə tanış olublar, daha sonra Heydər Əliyev Mərkəzində və Azərbaycan Tarix Muzeyində olublar.
Xarici tədqiqatçılar Azərbaycanın qədim tarixi irsi barədə məlumatları olduqca maraqla qarşılayıb, topladıqları informasiyaları öz ölkələrində bölüşəcəklərini bildiriblər.