Qərb Universitetinin kitabxanası zəngiləşməkdə davam edir!

Qərb Universitetinin kitabxanası zəngiləşməkdə davam edir!

Qərb Universiteti kitabxanasının beynəlxalq təşkilatların müxtəlif nəşrləri ilə zənginləşdirilməsi prosesini uğurla davam etdirir. Belə ki, BMT-nin Səhralaşmaya qarşı Mübarizə üzrə Konvensiyası, BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyası, BMT-nin Əhali Fondu, həmçinin Ümumdünya Meteorologiya Təşkilatı və BMT-nin Ətraf Mühit Proqramının birgə beynəlxalq orqanı olan İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin Katiblikləri nəşrlərinin Qərb Universitetinin kitabxanasına töhfə edilməsi barədə müsbət qərar qəbul etmişlər. Sözügedən nəşrlərin Qərb Universitetinin tələbə-müəllim heyətinə faydalı olacağına ümid edirik.