Qərb Universiteti BMT-nin Qlobal Sazişinə üzv qəbul edilmişdir!

Qərb Universiteti BMT-nin Qlobal Sazişinə üzv qəbul edilmişdir!

Qərb Universiteti qlobal miqyasda daha bir uğura imza atdı. Belə ki, Qərb Universiteti BMT-nin Qlobal Sazişinə üzv qəbul olundu (http://unglobalcompact.org/ participant/91951). BMT-nin Qlobal Sazişinin məqsədi bütün dünyada üzvlər tərəfindəndavamlı və sosial cəhətdən məsuliyyətli siyasətlər qəbul edilməsinivə onların həyata keçirilməsi üzrə hesabat verilməsini stimullaşdırmaqdan ibarətdir. Hazırda, Qərb Universiteti ölkəmizdənBMT-nin Qlobal Sazişinə tam şəkildə universitet qismindəüzv qəbul edilmiş ilk və yeganə ali təhsil ocağıdır.