Qərb Universiteti daha bir beynəlxalq proqrama daxil edildi!

Qərb Universiteti daha bir beynəlxalq proqrama daxil edildi!

Qərb Universiteti Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Sənədlərin Paylaşılması Proqramına daxil edildi (https://www.wto.org/english/tratop_e/devel_e/train_e/university_programme_e.htm). Proqramın əsas məqsədi seçilmişuniversitetlərdə ÜTT Kitabxanasının yaradılmasıvə gücləndirilməsindən ibarətdir. Bu xüsusda, tələbələrimizin müxtəlif sənədləri əldə etmələrini asanlaşdırmaq üçün ÜTT Katibliyi hər il Qərb Universitetinə nəşrlərini töhfə edəcəkdir.Bununla da, Qərb Universiteti ölkəmizdən sözügedən proqrama daxil edilmiş ilk özəl ali təhsil ocağı olmuşdur.ÜTT-nin nəşrləri digər beynəlxalq təşkilatlar tərəfindən töhfə edilmiş müvafiq nəşrlərlə birlikdə Qərb Universitetinin BMT Kitabxanasında yerləşdiriləcəkdir.ÜTT Katibliyinin nəşrlərinin universitetimizin tələbə və müəllim heyətinə faydalı olacağına ümid edirik.