Qərb Universiteti "Excelsior Hotel & Spa Baku" oteli ilə əməkdaşlıq müqaviləsi imzaladı

Qərb Universiteti "Excelsior Hotel & Spa Baku" oteli ilə əməkdaşlıq müqaviləsi imzaladı

18 yanvar 2017-ci il tarixində Qərb Universiteti ilə "Excelsior Hotel & Spa Baku” oteli arasında əməkdaşlıq müqaviləsi imzalandı. Əməkdaşlıq müqaviləsi çərçivəsində Qərb Universitetinin "İşgüzar-inzibatçılıq” fakültəsi tələbələri III kurs istehsalat və IV kurs diplomqabağı təcrübələrini adı çəkilən otelin departamentlərində keçə biləcəklər.

Tədbirdə Qərb Universitetinin "İqtisadiyyat, marketinq və menecment” kafedrasının müdiri i.ü.f.d., prof Pərviz Qurbanov, "Riyaziyyat və kompüter texnologiyaları” kafedrasının müdiri p.ü.f.d, dos. Rəna Hacıyeva, "Excelsior Hotel & Spa Baku” otelinin baş meneceri Turhan Poyraz, otelin HR meneceri Kamran Rzayev, AtaHolding Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova və Qərb Universitetinin tələbələri iştirak etdilər. Tədbir iştirakçılarını salamlayan otel nümayəndələri əməkdaşlığın davamlı və uğurlu olacağına ümid etdiklərini söylədirlər. Tədbir əsnasında məlum olduki, "Excelsior Hotel & Spa Baku” otelin HR meneceri Kamran Rzayev 2000-ci il də Qərb Universitetinin "Beynəlxalq menecment” məzunudur. Məzunlarımızın uğurları bizi daima sevindirir.

Qərb Universiteti 50-dən çox dövlət, özəl həmçinin xarici qurumlar, müəssisələr və təşkilatlarla əməkdaşlıq edərək tələbələr üçün III və IV kursda təcrübə keçmək imkanı yaradır. Sevindirici haldır ki, bir çox tələbəmiz təcrübə keçdiyi müəssisə və təşkilatlardan iş təklifi alaraq, karyersını həmin müəssisə və təşkilatlarda qurmuş olur.

Tələbələrimizə istehsalat və diplomqabağı təcrübələrində uğurlar arzulayırıq!

MƏTBUATDA:

Sia.az: Qərb Universiteti "Excelsior Hotel & Spa Baku” oteli ilə əməkdaşlıq müqaviləsi imzaladı

Qafqazinfo.az: Qərb Universiteti yeni müqavilə imzaladı

Aznews.az: Qərb Universitetinin tələbələri "Excelsior Hotel & Spa Baku” otelində təcrübə keçəcəklər

Moderator.az: Qərb Universiteti "Excelsior Hotel & Spa Baku” oteli ilə əməkdaşlıq müqaviləsi imzaladı

Trend.az: "Excelsior Hotel & Spa Baku" və Qərb Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb (FOTO)

Pressday.az: Qərb Universiteti "Excelsior Hotel & Spa Baku” oteli ilə əməkdaşlıq müqaviləsi imzaladı

Olaylar.az: "Excelsior Hotel & Spa Baku” oteli və Qərb Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azertaym.az:  "Excelsior Hotel & Spa Baku" və Qərb Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb (FOTO)

Ucnoqta.az: "Excelsior Hotel & Spa Baku” oteli və Qərb Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalandı

Melumat-merkezi.com: "Excelsior Hotel & Spa Baku” oteli və Qərb Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalandı

Kanal24.az: "Excelsior Hotel & Spa Baku" oteli və Qərb Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Financetime.info: Отель «Эксельсиор Отель & Спа Баку» и Западный Университет подписали договор о сотрудничестве

Xalqinfo.az: Qərb Universiteti yeni müqavilə imzaladı

Palitranews.az: Qərb Universitetinin tələbələri "Excelsior Hotel & Spa Baku”da təcrübə keçəcəklər