Beynəlxalq mədəni əlaqələr tarixi və nəzəriyyəsi

Proqram: Beynəlxalq mədəni əlaqələr tarixi və nəzəriyyəsi üzrə maqistr

Müddət: 2 il

Təhsil forması: əyani

İllik təhsil haqqı: 1900 AZN

Təlim dili: azərbaycan, ingilis və rus dili

Beynəlxalq mədəni əlaqələr tarixi və nəzəriyyəsi üzrə magistr proqramı – magistrantlar müxtəlif sahələrdə karyera qurmağa hazırlaşdıran, həm akademik və peşəkar inkişaf, beynəlxalq münasibətlər, humanitar, siyasət və mədəniyyət, xarici siyasət və beynəlxalq iqtisadiyyat üçün praktiki təcrübəyə malik olan təhsil proqramıdır. Bu müstəsna təlim şəraiti orijinal və müstəqil tədqiqatların aparılmasına imkan yaradır. Bu proqram magistrantlara güclü peşəkar şəbəkənin yaradılmasını və gələcək üçün akademik və peşəkar karyera seçimini, konkret baza formalaşdırmaq, beynəlxalq aləmdə, vətəndaş cəmiyyəti, siyasət, qeyri-hökumət təşkilatları və beynəlxalq iqtisadi təşkilatlarda qarşılıqlı fəaliyyət, eləcə də özəl sektor üçün kadrların hazırlanmağına gələcəkdə imkan yaradacaq.

Magistrant elmi-tədqiqat sahəsi üzrə aşağıdakı peşə vərdişlərinə yiyələnməlidir:

 

- elmi-tədqiqat və elmi axtarışlar işinin aparılması;

- beynəlxalq münasibətlər elminin inkişafının əsas istiqamətlərinin aspektləri üzrə

müstəqil təhlil aparmaq;

- öz elmi araşdırmalarının nəticələrinin təqdim etmək bacarığı;

- fənlərin ümumi mənzərəsini müstəqil qurmaq;

Magistrantlar mütləq qaydada elmi-pedaqoji təcrübə keçməli və magistr dərəcəsi almaq üçün magistr dissertasiyasını müdafiə etməlidirlər.

 

Magistr nəzəri prinsip və tədqiqat metodları haqqında ümumi təsəvvürə və dərin biliyə malik olmalı, peşə hazırlığı tələb edən elmi-tədqiqat işi aparmağa və pedaqoji fəaliyyətə hazır olmalı, peşəkar fəaliyyəti çərçivəsində gözlənilməz və mürəkkəb məsələləri həll etməyi bacarmalıdır.

Proqram uğurla başa çatdıqdan sonra magistrlar dövlət təşkilatları, səfirliklər, nazirliklər və qeyri-hökumət təşkilatları, hüquq, biznes, beynəlxalq təşkilatlar və təhsil strukturlarında da öz peşə fəaliyyətlərini qura bilərlər, eyni zamanda elmi fəaliyyətlərini davam etdirə bilərlər.

Proqramın tərkibi:

Humanitar və sosial elmlər:

- Xarici dil

- Ali məktəb pedaqogikası

- Psixologiya

Seçmə fənn:

1. Fəlsəfə

2. Politologiya

İxtisas-peşə hazırlığı fənləri:

- Diplomatiya nəzəriyyəsi və təcrübəsi
- Beynəlxalq inteqrasiya prosesləri və beynəlxalq təşkilatlar
- Mədəni diplomatiya
- Beynəlxalq mədəni münasibətlər
- Milli təhlükəsizliyin beynəlxalq aspektləri
- Beynəlxalq münasibətlərdə siyasi mədəniyyət
- Multikulturalizm ideyası və siyasəti

 

Peşə hazırlığı üçün seçmə fənlər:

- Xarici siyasət
- Dünya siyasətinin qeyri-dövlət iştirakçıları
- BMT dünya siyasətində
- Beynəlxalq münasibətlərin proqnozlaşdırılması
- Türkiyə müasir beynəlxalq münasıbətlər sistemində
- Avropa inteqrasiyasının tarixi
- Böyük dövlətlərin xarici siyasət strategiyası
- Diplomatik etiket və nitq mədəniyyəti
- Müasir dövrdə Yaxın və orta Şərq ölkələrinin xarici siyasəti
- Avropa inteqrasiyasının institutları