Beynəlxalq turizm və ölkəşünaslıq

Proqram: Beynəlxalq turizm və ölkəşünaslıq üzrə maqistr

Müddət: 2 il

Təhsil forması: əyani

İllik təhsil haqqı: 1900 AZN

Təlim dili: azərbaycan, ingilis və rus dili

 

Beynəlxalq turizm və ölkəşünaslıq üzrə magistr proqramı - həm nəzəri, həm də praktiki üsullarla turizm əməliyyatları, menecmenti, marketinqi, turizm inkişafı və onun nəticələrini dərindən öyrənən təhsil proqramıdır. Uğurlu peşəkar karyera üçün magistrantlar biznesın aparılması sahəsində mühazirələr və seminarlar zamanı müzakirələr, fərdi və işçi qrup vasitəsilə lazımı bacarıqları əldə edirlər. Magistrantlar biznes əməliyyatları ilə bağlı xüsusi bilik və bacarıqlar və davamlı inkişafın tələbləri ilə bağlı biliklər əldə edə bilərlər.

Magistrant elmi-tədqiqat sahəsi üzrə aşağıdakı peşə vərdişlərinə yiyələnməlidir:

-elmin müasir nailiyyətlərindən və qabaqcıl texnologiyadan turizm sahəsindəki elmi-tədqiqat işlərində istifadəyə hazır olmaq;

-vəzifələr qoymaq və tədqiqatın metodlarını seçmək və turizm sahəsində elmi tədqiqatların nəticələrini təqdim və izah etmək qabiliyyətinə;

-turizm sahəsində elmi tədqiqatların nəticələrini hesabatlar, tətbiqi elmi araşdırmalar, məruzələr, referatlar və məqalələr, ictimai müzakirələr formalarında təqdim etmək bacarığına;

-innovativ texnologiyaların işlənməsi və turizm sənayesinə tətbiqi qabiliyyətinə, otellərdə fəaliyyət mexanizminin öyrənilməsi məqsədilə Amadeus, Qalileo, Opera, Fidelio və s. proqramlarından istifadə etmək bacarığına;

- turizm və otelçilik fənləri sahəsində dərin biliklərə əsaslanaraq turizm və sosial-mədəni servis xidmətinin təşkili, turizm bazarının marketinq təhlili, həmçinin turizm məhsulunun hazırlanması, onun realizə edilməsi üsullarından istifadə etmək qabiliyyətinə;

- turizm-rekreasiya ehtiyatlarının potensial imkanlarının aşkar edilməsi, kurort-sanatoriya işinin təşkilində təbii ehtiyatların qiymətləndirilməsi, turizm şirkətlərinin işinin təkmilləşdirilməsi, otelçilik sahəsində beynəlxalq təcrübədən istifadə məqsədilə müstəqil təhlil aparmaq bacarığına.

Magistrantlar mütləq qaydada elmi-pedaqoji təcrübə keçməli və magistr dərəcəsi almaq üçün magistr dissertasiyasını müdafiə etməlidirlər.

 

Magistr nəzəri prinsip və tədqiqat metodları haqqında ümumi təsəvvürə və dərin biliyə malik olmalı, peşə hazırlığı tələb edən elmi-tədqiqat işi aparmağa və pedaqoji fəaliyyətə hazır olmalı, peşəkar fəaliyyəti çərçivəsində gözlənilməz və mürəkkəb məsələləri həll etməyi bacarmalıdır.

Proqram uğurla başa çatdıqdan sonra magistrlar beynəlxalq turizm və otelçilik işləri, kurort – sanatoriya müəssisələrində müxtəlifyönümlü istirahət-əyləncə mərkəz və komplekslərində öz peşə fəaliyyətlərini qura bilərlər, eyni zamanda elmi fəaliyyətlərini davam etdirə bilərlər.

Proqramın tərkibi:

Humanitar və sosial elmlər:

- Xarici dil

- Ali məktəb pedaqogikası

- Psixologiya

Seçmə fənn:

1. Fəlsəfə

2. Politologiya

İxtisas-peşə hazırlığı fənləri:

- Beynəlxalq turizm fəaliyyətinin təşkili
- İnsan resurslarından istifadənin optimallaşdırılması
- Beynəlxalq turizm şirkətlərinin fəaliyyət mexanizmi
- Turizmdə marketinq konsepsiyası
- Beynəlxalq turizm ehtiyatlarının qiymətləndirilməsi
- Səyahət agentlikləri və tur operatorları
- Vergi menecmenti
- Beynəlxalq turizm sferasında risklər və sığortalanma
- Beynəlxalq turizm və logistika

Peşə hazırlığı üçün seçmə fənlər:

- Turizmin hüquqi əsasları
- Beynəlxalq turizmin inkişaf siyasəti
- Xarici ölkələrin turizm resurslarının öyrənilməsi
- Beynəlxalq turizm və kurort-sanatoriya ehtiyatlarından istifadə
- Ekskursiya fəaliyyətinin idarə olunması
- Beynəlxalq turizmin coğrafiyası
- Beynəlxalq turizmin iqtisadiyyatı
- XXI əsrdə beynəlxalq turizmin perspektivləri və stimullaşdırılması
- Beynəlxalq və milli turizmin tarixi
- Beynəlxalq kurortlar və regionların rekreasiya problemləri