Poliqrafiya mühəndisliyi üzrə bakalavr dərəcəsi

Proqram: Poliqrafiya mühəndisliyi üzrə bakalavr

Müddət: 4 il

Kredit: 240

Təhsil forması: əyani

İllik təhsil haqqı: 2000 AZN (bu məbləğ 2 dəfəyə - hər semestr öncəsi ödənilir)

Təlim dili: azərbaycan, ingilis və rus dili

Tələbələr bu ixtisas üzrə İKT-nin imkanlarından istifadə etməyi öyrənəcək və poliqrafiya maşınları sahəsində mühəndis işləmələrini və mövcud texnologiyaları tətbiq edə biləcəklər. Bundan başqa poliqrafiya maşınlarının iş qabiliyyətini qiymətləndirmək bacarığını və iş şəraitini nəzərə almaqla poliqrafiya maşınlarının layihələndirilməsində lazım olan üsu­l­ları, qaydaları və normaları öyrənəcəklər, istehsalatın müxtəlif sahələri üzrə tələbləri və qanunauyğunluqları, iqtisadi və sosial proseslərin təhlilində hesablama və layihələndirmə üsulları, poliqrafiya istehsalı haqqında biliklərə malik olacaqlar. Fakültəmizdə hətta Poliqrafiya Mühəndisliyi ixtisası üzrə yeni laboratoriya da açılıb. Tələbələr yeni müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyadan istifadə etməklə bu sahədə olan bütün müasir yanaşmaları öyrənə biləcəklər. Müasir avadanlıqları işlətməklə təcrübi biliklər əldə edəcəklər. Tələbələr xüsusi proqram təminatları üzrə təlimlərə cəlb olunacaqlar.

Bu sahə üzrə mütəxəssislər poliqrafiya müəssisələrində, dizayn-studiyalarda, reklam agentliklərində çalışa bilər, yüksək səviyyəli eksklüziv nəşrlərini, kitabların cildlənməsi və bərpa olunmasını, broşurların, qəzet və jurnalların rəqəmsal poliqrafik avadanlaılarda yerinə yetirilmısinə nail olurlar.

Dərəcə əldə etmək üçün tələbələr diplomqabağı təcrübə keçməli və buraxılış işini müdafiə etməlidirlər.

Proqramı müvəffəqiyyətlə bitirən məzunlar poliqrafiya müəssisələrində, dizayn studiyalarında, reklam agentliklərində və s. çalışa bilərlər.

Humanitar və sosial fənlər:

-Azərbaycan tarixi

-Azərbaycan dili və nitq mədəniyyəti

-Fəlsəfə

-Multikulturalizmə giriş

-Psixologiya

-Mədəniyyətşünaslıq

-Azərbaycan Konstitusiyası və hüququn əsasları

-Etika

İxtisas-peşə hazırlığı fənləri:

-Riyaziyyat

-İnformatika

-Kimya

-Fizika

-Tərsimi həndəsə və mühəndis qrafikası

-Nəzəri mexanika

-Konstruksiya materiallarınınm texnologiyası

-Materialşünaslıq

-Materiallar müqaviməti

-Elektrotexnika

-Hidravlika və hidro-pnevmo qurğular

-Maşın və mexanizasiya nəzəriyyəsi

-İstilik texnikası

-Metrologiya, standartlaşdırma və sertifikatlaşdırma

-Maşın hissələri və konstruksiya etmənin əsasları

-Poliqrafiya istehsalının əsasları

-Həyat fəaliyyətinin təhlükəsizliyi

-İstehsalın iqtisadiyyatı və menecmenti

-Avtomatlaşdırmanın əsasları

-Çapaqədər, çap və çapdan sonrakı proseslərdə kompüter texnikası və texnologiyasının tətbiqi

-Manipulyator mexanizmlərinin mexanikası

-Mülki müdafiə

Peşə hazırlığı üzrə seçmə fənlər:

-Xüsusi xarici dil

-Kompüter qrafikası və multimedia

-Tətbiqi proqramlar paketi

-Kağız emalı texnologiyaları

-Neyrokompüterlər

-İxtisas üzrə praktikum

-Poliqrafiya texnologiyları və sistemləri və s.