Politologiya üzrə bakalavr dərəcəsi

Proqram: Politologiya üzrə bakalavr

Müddət: 4 il

Kredit: 240

Təhsil forması: əyani və qiyabi

İllik təhsil haqqı: 2400 AZN və qiyabi 1600AZN (bu məbləğ 2 dəfəyə - hər semestr öncəsi ödənilir)

Təlim dili: azərbaycan, ingilis və rus dili

Politologiya üzrə bakalavr dərəcəsi proqramı beynəlxalq siyasətdəki əsas anlayış, proses və hadisələri dünya, regional və milli səviyyələr üzrə tədris edən çoxsahəli proqramdır. Proqram tələbələri dövlət, biznes, peşə məktəbləri və qeyri-ticarət təşkilatlarında faydalı olan əsaslı bilik və siyasi təhlil bacarıqları ilə təmin edir; dünyada baş verən mürəkkəb siyasi münasibətləri öyrənmək üçün lazımi nəzəri və praktiki biliklər verir.

Proqram politologiyanın parlament sistemi, qloballaşma, siyasi menecment və PR texnologiyalar, siyasi tədqiqat metodları, siyasi münaqişələrin həlli və beynəlxalq siyasət kimi sahələrini əhatə edir.Tələbələr elmi və peşə fəaliyyətlərinin inkişafı üçün həlledici rol oynayan mühüm analitik bacarıqlara yiyələnirlər.

Dərəcə əldə etmək üçün tələbələr diplomqabağı təcrübə keçməli və buraxılış işini müdafiə etməlidirlər.

Proqramı müfəvvəqiyyətlə bitirən məzunlar dövlət təşkilatları, səfirliklər, nazirlik və QHT-lər, biznes, beynəlxalq və hüquq şirkətlərində fəaliyyət göstərə bilərlər.


Dərəcə əldə etmək üçün tələbələr diplomqabağı təcrübə keçməli və buraxılış işini müdafiə etməlidirlər.

Proqramı müfəvvəqiyyətlə bitirən məzunlar dövlət təşkilatları, səfirliklər, nazirlik və QHT-lər, biznes, beynəlxalq və hüquq şirkətlərində fəaliyyət göstərə bilərlər.

Proqramın tərkibi:

Humanitar və sosial fənlər:

-Azərbaycan tarixi

-Xarici dil

-Azərbaycan dili və nitq mədəniyyəti

-Fəlsəfə

-Multikulturalizmə giriş

-Psixologiya

-Mədəniyyətşünaslıq

-Azərbaycan Konstitusiyası və hüququn əsasları

-Etika

İxtisas-peşə hazırlığı fənləri:

-İnformatika

-Qədim və orta əsr sosial-siyasi fikir tarixi

-Müasir inteqrasiy a prosesləri

-Siyasi və iqtisadi coğrafiya

-Yeni və müasir dövrün sosial-siyasi fikir tarixi

-İqtisadiyyat

-Sosiologiya

-Beynəlxalq münasibətlər tarixi

-Siyasət nəzəriyyəsi

-Siyasi sosiologiya

-Siyasi psixologiya

-Azərbaycan siyasi təlimlər tarixi

-Politologiyanın əsasları

-Demoqrafik siyasət

-Siyasi tədqiqat metodları

-Beynəlxalq münasibətlər nəzəriyyəsi

-Etnopolitologiya

-Xarici siyasət

-Heydər Əliyev irsinin politoloji aspekti

-Parlamentarizm: tarixi və müasirlik

-Seçki texnologiyası

-Diplomatiyanın əsasları

-Mülki müdafiə

Peşə hazırlığı üçün seçmə fənlər:

-Qloballaşma və müasir dövlətlər

-Müasir münaqişələr və regional təhlükəsizlik

-Azərbaycan və beynəlxalq təşkilatlar

-Ermənistan -Azərbaycan Dağlıq Qarabağ problemi və sülh diplomatiyası

-KİV –IV hakimiyyət

-Siyasi menecment və PR texnologiyalar

-Müasir dövrdə Azərbaycanda siyasi proseslər

-Beynəlxalq təşkilatlar

-Beynəlxalq QHT-lərin fəaliyyəti

-Demokratiya nəzəriyyəsi

-Siyasi liderin imicinin formalaşması

-Siyasi təhlil və proqnozlaşdırma

-Siyasi konfliktologiya

-Siyasi partiyalar nəzəriyyəsi

-Dövlət idarəçiliyi

-Din və cəmiyyət

-Geosiyasət

-Güc nəzəriyyəsi

-Azərbaycanda siyasi və inzibati qurumlar

-Siyasi marketinq

-Tətbiqi politologiya

-Milli təhlükəsizlik nəzəriyyəsi

-Siyasi tarix və s.