Sosial psixologiya

 

Proqram: Sosial psixologiya üzrə maqistr

Müddət: 2 il

Təhsil forması: əyani

İllik təhsil haqqı: 1900 AZN

 

Təlim dili:azərbaycan, ingilis və rus dili

Sosial psixologiya üzrə magistr proqramı adı çəkilən sahədə cari sosial məsələlərə dair müvafiq olan nəzəriyyələr, psixoloji üsullar və empirik tədqiqatları dərindən öyrənən təhsil proqramıdır. Buraya aiddir:

-Qərəzli fikirlər və ayrı-seçkilik;

-Mənəvi cəza və emosiyaların arasında münasibətlər;

-Eyniyyətin qurulması və qarşılıqlı fəaliyyətinin öyrənilməsi üçün şəxs və qruplar arasında olan münasibətlərin öyrənilməsi, onların sosial dəyişikliklər ilə əlaqələri və bunların ailə sistemləri kontekstlərilə bağlılığı.

Proqramın məqsədi magistrantlara sosial psixologiyanın tarixi və fəlsəfi aspektlərinin dərk edilməsində istiqamət vermək, müasir nəzəri, metodoloji yanaşmalar və elmi tədqiqatların dərindən öyrənilməsi və bu sahədə kəmiyyət və keyfiyyət tədqiqatlar aparma bacarığının təkmilləşdirilməsinə yardım edir.

Magistrant elmi-tədqiqat sahəsi üzrə aşağıdakı peşə vərdişlərinə yiyələnməlidir:

-fundamental elmi biliklərə istinad edib tədqiqatın metodoloji əsaslarını işləyib hazırlamaq;

-tədqiqatın mövzusunu, məqsədini, vəzifəsini, fərziyyəsini müəyyənləşdirmək;

-riyazi-statistik üsullardan istifadə etmək;

-müasir kompüter proqramlarından və elektron kitabxanalardan istifadə etmək;

-elmi-tədqiqat işini aparmaq;

-elmi araşdırmaların nəticələrini təhlil və təqdim etmək;

-elmi məqalələrin yazılma və çapa hazırlanma qaydalarını bilmək;

Magistr nəzəri prinsip və tədqiqat metodları haqqında ümumi təsəvvürə və dərin biliyə malik olmalı, peşə hazırlığı tələb edən elmi-tədqiqat işi aparmağa və pedaqoji fəaliyyətə hazır olmalı, peşəkar fəaliyyəti çərçivəsində gözlənilməz və mürəkkəb məsələləri həll etməyi bacarmalıdır.

Magistrantlar mütləq qaydada elmi-pedaqoji təcrübə keçməli və magistr dərəcəsi almaq üçün magistr dissertasiyasını müdafiə etməlidirlər.

Proqram uğurla başa çatdıqdan sonra magistrlar psixoloji yardım mərkəzlərində, tədris mərkəzlərində, xəstəxanalar, beynəlxalq şirkətlər, reklam agentlikləri, məktəb və uşaq bağçaları, və s. fəaliyyət göstərə bilərlər, eyni zamanda elmi fəaliyyətlərini davam etdirə bilərlər, eyni zamanda elmi fəaliyyətlərini davam etdirə bilərlər.

Proqramın tərkibi:

Humanitar və sosial elmlər:

- Xarici dil

- Ali məktəb pedaqogikası

- Psixologiya

Seçmə fənn:

1. Fəlsəfə

2. Politologiya

İxtisas-peşə hazırlığı fənləri:

- Sosial- psixoloji tədqiqatın metod və metodologiyası
- Ünsiyyət psixologiyası
- Sosial psixologiyada qrup problemi: nəzəri və metodoloji problemlər
- Şəxsiyyətin sosiallaşmasının aktual problemləri
- Müasir sosial- psixoloji konsepsiyalar
- İctimai- siyasi psixologiyanın aktual problemləri
- Sosial- psixoloji treninq: nəzəriyyə və praktika


Peşə hazırlığı üçün seçmə fənlər:

- Tətbiqi sosial psixologiyasının aktual məsələləri
- İdarəetmənin sosial- psixoloji problemləri
- Sosial münasibətlərin tədqiqi problemi
- KİV-in şəxsiyyətə sosial-psixoloji təsiri
- Qruplararası qarşılıqlı təsirin sosial- psixoloji problemləri
- Böyük qrupların sosial psixoloji problemləri
- Kiçik qruplarda qarşılıqlı təsirin sosial- psixoloji məsələləri
- Şəxsiyyətin özünüaktuallaşdırmasının və özünügərçəkləşdirməsinin psixoloji məsələləri