Psixologiya üzrə bakalavr dərəcəsi

Proqram: Psixologiya üzrə bakalavr


  • Müddət: 4 il
  • Kredit: 240
  • Təhsil forması: əyani və qiyabi
  • İllik təhsil haqqı: əyani  1500 AZN və qiyabi 1100 AZN(bu məbləğ 2 dəfəyə - hər semestr öncəsi ödənilir)
  • Təlim dili: azərbaycan, ingilis və rus dili

 

NİYƏ PSİXOLOGİYA İXTİSASI?

Psixologiya üzrə bakalavr dərəcəsi proqramı tələbələrə psixi hadisə və davranışları öyrədən çoxsahəli əyani tədris proqramıdır. Tələbələr fənn üzrə əsaslı bilik əldə edir, eləcə də, iti düşünmə və səmərəli ünsiyyət bacarıqlarını inkişaf etdirirlər.

Proqram klassik və müasir nəzəriyyə və tədqiqat metodlarını özündə birləşdirən psixologiyanın əsas sahələrini öyrədir. Tələbələr nəzəriyyə, konsepsiya və problem yönümlü strategiyalar arasındakı qarşılıqlı əlaqəni daha yaxşı anlayır, biliklərini praktikada tətbiq edir və faydalı peşə bacarıqlarına yiyələnirlər. Sosial psixologiya, hüquq psixologiyası, ailə psixologiyası, yeniyetmə psixologiyası, psixoloji korreksiya və psixoterapiya kimi ümumi maraq dairəsinə aid sahələrə xüsusi diqqət yetirilir.


Dərəcə almaq üçün tələbələr diplomqabağı təcrübə keçməli və buraxılış işini müdafiə etməlidirlər.

Proqramı müfəvvəqiyyətlə tamamlayan məzunlar psixoloji məsləhət klinikaları, təcrübə mərkəzləri, xəstəxana, beynəlxalq şirkətlər, reklam agentlikləri, məktəb və uşaq bağçalarında fəaliyyət göstərə bilərlər.

Proqramın tərkibi:

Humanitar və sosial elmlər:

  • Azərbaycan tarixi
  • Xarici dil
  • Azərbaycan dili və nitq mədəniyyəti
  • Fəlsəfə
  • Politologiya
  • Psixologiya
  • Mədəniyyətşünaslıq
  • Sosiologiya
  • Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları
  • Etika

İxtisas-peşə hazırlığı fənləri:

  • İnformatika
  • Məntiq
  • MMS-nin anatomiyası və fiziologiyası
  • ASF və sensor sistemləri fiziologiyası
  • Fəlsəfə
  • Sosiologiya
  • Politologiya
  • Pedaqogika
  • Ekologiya
  • Psixologiyada riyazi metodlar
  • Ümumpsixoloji praktikum
  • Ümumi psixologiya-1 (psixologiyaya giriş)
  • Ümumi psixologiya-2 (duyğu və qavrayış)
  • Ümumi psixologiya-3 (diqqət və hafizə)
  • Ümumi psixologiya-4 (təfəkkür və nitq)
  • Ümumi psixologiya-5 (emosiya və motivasiya)
  • Ümumi psixologiya-6 (təbiət və şəxsiyyət)
  • Eksperimental psixologiya
  • Psixologiya tarixi
  • Psixofiziologiya
  • Klinik psixologiya
  • Pedaqoji psixologiya
  • İnkişaf və yaş psixologiyası
  • Sosial psixologiya
  • Hüquq psixologiyası
  • Mülki müdafiə

Peşə hazırlığı üzrə seçmə fənlər:

  • Xüsusi psixologiya
  • Ünsiyyətin psixologiyası
  • Şəxsiyyətlərarası konfliktin psixologiyası
  • Yeniyetmələrdə hüquqa zidd davranışın psixologiyası
  • Ailə psixologiyası
  • Təlimdə idrak proseslərinin inkişafının proqram və konsepsiyası
  • Müqayisəli psixologiya və zoopsixologiya
  • Psixogenetika
  • Psixi sağlamlıq
  • Psixolinqvistika
  • Psixodiaqnostika
  • Patopsixologiya
  • Psixoloji-məsləhət, psixokorreksiya və psixoterapiyanın əsasları və s.