Faydalı məlumatlar

Hazırlıq kursunu düzgün seçmək üçün aşağıdakıları bilmək faydalıdır:

 

1. Hazırlıq kurslarının tədris proqramı məktəb və qəbul imtahanları proqramına uyğun olmalıdır. Burada orta məktəb proqramı üzrə biliklərin sistemləşdirilməsi, təkrarı, daha da dərinləşdirilməsi nəzərdə tutulmalıdır. Universitet təhsil sistemi ilə tanışlıq həyata keçirilməli və eyni zamanda ixtisas seçimi üzrə maarifləndirmə təşkil olunmalıdır.

2. Tədris olunan fənlər üzrə proqramlar dərslərin miqdarını və uyğunluğunu müəyyən edir. Mövzular üzrə hər ayın sonunda sınaq imtahanlarının keçirilməsi iştirakçıların bilik və testlərlə işləmə bacarıqlarının yüksəlməsi ilə nəticələnir.

3. Dərslər Qərb Universiteti tərəfindən Bakı şəhərində həmçinin, İsmayıllı, Ağsu, Şirvan və Lənkəran şəhərlərində təşkil olunan hazırlıq mərkəzlərində ixtisas qrupları üzrə həftədə 3 dəfə keçirilir. Gündə 6 saat olmaqla həftəlik dərs yükü 18 saat təşkil edir.

4. Dərslər saat 15:00 – dan 20:00-dək davam edir.

5. Hazırlığın keyfiyyəti və səmərəliliyi kurs iştirakçılarının istəyindən, məsuliyyətindən və eyni zamanda valideynlərinin diqqətindən asılıdır. İştirakçılara müəllimlərin dərslərinə diqqətlə qulaq asmaq, onların verdikləri tapşırıqları zamanında yerinə yetirmək tövsiyyə olunur.

6. Uğurlu iştirakçılar ali məktəbə qəbul olmaqla yanaşı, Qərb Universitetinin rəsmi sertifikatını da almış olurlar.

7. İmtahanlarda uğurlu nəticə əldə edən abituriyentlərin xaricə qısamüddətli səfəri təşkil olunacaqdır.

8. Abituriyentlərin xarici universitetlərdə təşkil olunan yay və qış məktəblərində iştirakı da mümkündür.

9. Universitet tərəfindən təşkil olunan sınaq imtahanlarında yüksək nəticə əldə edən abituriyentlərə xüsusi endirim və güzəştlər ediləcəkdir.

10.Hazırlıq kursunu bitirib Qərb Universitetinə qəbul olan tələbələrə xüsusi güzəştlər ediləcək.