Regionşünaslıq (qərbşünaslıq) üzrə bakalavr dərəcəsi

 

Proqram: Regionşünaslıq (qərbşünaslıq) üzrə bakalavr

Müddət: 4 il

Kredit: 240

Təhsil forması: əyani

İllik təhsil haqqı: 2200 AZN (bu məbləğ 2 dəfəyə - hər semestr öncəsi ödənilir)

Təlim dili: azərbaycan, ingilis və rus dili

Regionşünaslıq üzrə bakalavr dərəcəsi region ölkələrinin siyasi, iqtisadi, sosial və mədəni həyatını öyrənib tədqiq edən çoxsahəli tədris proqramıdır. Proqram çərçivəsindəmüasir dünyada cərəyan edən regional münasibətlərin, regional siyasətin, regional münaqişələrin öyrənilməsi və təhlili baxımından vacib olan beynəlxalq münasibətlər nəzəriyyəsi, beynəlxalq hüquq, diplomatiya tarixi və diplomatik protokol kimi fənnlər tədris olunur. Tələbələr eyni zamanda 3-4 dil üzrə əsaslı hazırlıq keçirlər.

Fənlər: xarici dil, ali məktəb pedaqogikası, psixologiya, Amerika və Böyük Britaniyanın siyasi sistemləri, ABŞ –ın xarici siyasəti, Böyük Britaniya beynəlxalq münasibətlər sistemində, diplomatik və konsul xidməti, milli təhlükəsizliyin beynəlxalq aspektləri, beynəlxalq münasibətlərdə siyasi mədəniyyət, qlobal təhkükəsizlik və müasir beynəlxalq konfliktlər, ABŞ və Böyük Britaniyanın beynəlxalq təşkilatkarda rolu.

Seçmə fənlər: fəlsəfə, politologiya, müasir beynəlxalq münasibətlərin aktual problemləri, regional təhlil, ABŞ-ın Yaxın Şərq siyasəti, müasir dövrdə ABŞ və Böyük Britaniya münasibətləri, müasir dövrdə beynəlxalq qeyri-hökümət təşkilatları və Azərbaycan, beynəlxalq münasibətlərin regional aspektləri, fransa beynəlxalq münasibətlər sistemində, qərb ölkələrinin seçki sistemləri, dünya siyasətində diaspora təşkilatları, qloballaşma və qərb dövlətləri, müasir dövrdə demoqrafik proseslər.

 

Dərəcə əldə etmək üçün tələbələr diplomqabağı təcrübə keçməli və buraxılış işini müdafiə etməlidirlər.

Proqramı uğurla başa çatdıran məzunlar nazirliklərdə, səfirliklərdə, beynəlxalq təşkilatlarda və qeyri-hökumət təşkilatlarında fəaliyyət göstərə bilərlər.

Proqramın tərkibi:

Humanitar və sosial fənlər:

-Azərbaycan tarixi

-Azərbaycan dili və nitq mədəniyyəti

-Fəlsəfə

-Multikulturalizmə giriş

-Psixologiya

-Mədəniyyətşünaslıq

-Azərbaycan Konstitusiyası və hüququn əsasları

-Etika

İxtisas-peşə hazırlığı fənləri:

-Qərb ölkələrinin etnopsixologiyası

-Qərb ölkələrinin dili

-Qərb ölkələrində işlədilən II xarici dil

-Qərb ölkələrinin iqtisadiyyatı

-Qərb ölkələrinin coğrafiyası

-Qərb ölkələrinin etnoqrafiyası

-İnformatika və kompüter texnologiyası

-Beynəlxalq münasibətlər nəzəriyyəsi

-Beynəlxalq münasibətlər tarixi

-Qərb ölkələrinin tarixi

-Qərb ölkələrinin ədəbiyyatı

-Qərb ölkələrinin siyasi sistemi və xarici siyasəti

-Qərb ölkələrinin mədəniyyəti və incəsənəti

-Beynəlxalq hüququn əsasları və Qərb ölkələrinin hüquq sistemi

-Mülki müdafiə

Peşə hazırlığı üçün seçmə fənlər:

-Dünya siyasəti və beynəlxalq münasibətlər

-Yaxın Şərq böhranı və böyük dövlətlərin böhranda iştirakı

-Qərb ölkələrinin milli təhlükəsizlik siyasəti

-Beynəlxalq təşkilatlar

-Beynəlxalq qeyri-hökumət təşkilatları

-Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq təşkilatların fəaliyyəti

-Müasir dövrdə regional münaqişələr

-Diplomatik və konsulluq xidməti

-Müasir münaqişələr və onların həlli yolları və s.