Regionşünaslıq (Amerika və Böyük Britaniya)

Proqram: Regionşünaslıq (Amerika və Böyük Britaniya)

Müddət: 2 il

Təhsil forması: əyani

İllik təhsil haqqı: 1900 AZN

Təlim dili:azərbaycan, ingilis və rus dili

Regionşünaslıq üzrə magistr proqramı regionun siyasi, mədəni, iqtisadi və sosial tarixi ilə tanış edən, xüsusi diqqətini xarici dillərinin öyrənilməsinə yönəldən (tətbiq edən) təhsil proqramıdır. Proqram magistrantları həm region haqqında dərin və geniş sahəli biliklər, həm də regionlararası münasibətlərin təhlilinin aparılmasını öyrədir. Fakültə sosial və iqtisadi elm baxımdan və regionda mühüm olan demoqrafiya, insan coğrafiyası və regional planlaşdırma sahələrini öyrənir. Proqram Avropa ölkələrinin hər birinə ayrı-ayrılıqda və o cümlədən müxtəlif perspektivlər baxımından iqtisadiyyat, tarix, beynəlxalq münasibətlər, hüquq, mədəniyyət və siyasi elmlərə diqqət yetirir.

Magistrant elmi-tədqiqat sahəsi üzrə aşağıdakı peşə vərdişlərinə yiyələnməlidir:

- regionşünaslığın ayrı-ayrı sahələrinin aktual problemlərinin öyrənilməsində
mənbə və ədəbiyyatlardan istifadə etmək bacarığı;

- elmi-tədqiqat və elmi axtarışlar işinin aparılması;

- regionşünaslığın inkişafının əsas istiqimətlərinin aspektləri üzrə müstəqil

təhlil aparmaq;

- öz elmi araşdırmalarının nəticələrini təqdim etmək bacarığı;

- fənlərin ümumi mənzərəsini müstəqil qurmaq.

Magistrantlar mütləq qaydada elmi-pedaqoji təcrübə keçməli və magistr dərəcəsi almaq üçün magistr dissertasiyasını müdafiə etməlidirlər.

Magistr nəzəri prinsip və tədqiqat metodları haqqında ümumi təsəvvürə və dərin biliyə malik olmalı, peşə hazırlığı tələb edən elmi-tədqiqat işi aparmağa və pedaqoji fəaliyyətə hazır olmalı, peşəkar fəaliyyəti çərçivəsində gözlənilməz və mürəkkəb məsələləri həll etməyi bacarmalıdır.

Proqram uğurla başa çatdıqdan sonra magistrlar dövlət təşkilatları, səfirliklər, nazirliklər və qeyri-hökumət təşkilatları, hüquq, biznes və beynəlxalq təşkilatlarda öz peşə fəaliyyətlərini qura bilərlər.

Humanitar və sosial elmlər:

- Xarici dil

- Ali məktəb pedaqogikası

- Psixologiya

Seçmə fənn:

1. Fəlsəfə

2. Politologiya

İxtisas-peşə hazırlığı fənləri:
- Tarix elminin müasir problemləri
- Tarixin tədrisi metodologiyası və metodikası
- Amerika və Böyük Britaniyanın siyasi sistemləri
- ABŞ –n xarici siyasəti
- Böyük Britaniya beynəlxalq münasibətlər sistemində
- Diplomatik və konsul xidməti
- Milli təhlükəsizliyin beynəlxalq aspektləri
- Beynəlxalq münasibətlərdə siyasi mədəniyyət
- Qlobal təhkükəsizlik və müasir beynəlxalq konfliktlər
- ABŞ və Böyük Britaniyanın beynəlxalq təşkilatkarda rolu

Peşə hazırlığı üçün seçmə fənlər:

- Müasir beynəlxalq münasibətlərin aktual problemləri
- Regional təhlil
- ABŞ-ın Yaxın Şərq siyasəti
- Müasir dövrdə ABŞ və Böyük Britaniya münasibətləri
- Müasir dövrdə beynəlxalq qeyri-hökümət təşkilatları və Azərbaycan
- Beynəlxalq münasibətlərin regional aspektləri
- Fransa beynəlxalq münasibətlər sistemində
- Qərb ölkələrinin seçki sistemləri
- Dünya siyasətində diaspora təşkilatları
- Qloballaşma və Qərb dövlətləri
- Müasir dövrdə demoqrafik proseslər