Sənayenin təşkili və idarə olunması üzrə bakalavr dərəcəsi

Proqram: Sənayenin təşkili və idarə olunması üzrə bakalavr

Müddət: 4 il

Kredit: 240

Təhsil forması: əyani

İllik təhsil haqqı: 2000 AZN (bu məbləğ 2 dəfəyə - hər semestr öncəsi ödənilir)

Təlim dili: azərbaycan, ingilis və rus dili

Sənayenin təşkili və idarə olunması üzrə bakalavr dərəcəsi sənaye mühəndisliyinin problemlərini və idarəetmə prosesində təhlil imkanlarını öyrədən çoxsahəli tədris proqramıdır. Proqram çərçivəsində marketinq, maliyyə, planlaşdırma, logistika, iqtisadiyyat, riyaziyyat və s. kimi əsas fənlər tədris olunur. Tələbələrin tədqiqat aparmaq, tənqidi təfəkkür, problemlərin aradan qaldırılması, şəxsiyyətlərarası münasibətlər istiqamətindəki bacarıqlarının inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir.

Dərəcə əldə etmək üçün tələbələr diplomqabağı təcrübə keçməli və buraxılış işini müdafiə etməlidirlər.

Proqramı müvəffəqiyyətlə başa çatdıran məzunlar yerli və beynəlxalq şirkətlərdə, iqtisadi fəaliyyətlə bağlı strukturlarda, konsaltinq şirkətlərində, sığorta şirkətlərində və s. fəaliyyət göstərə bilərlər.

Proqramın tərkibi:

Humanitar və sosial fənlər:

-Azərbaycan tarixi

-Azərbaycan dili və nitq mədəniyyəti

-Fəlsəfə

-Multikulturalizmə giriş

-Psixologiya

-Mədəniyyətşünaslıq

-Azərbaycan Konstitusiyası və hüququn əsasları

-Etika

İxtisas-peşə hazırlığı fənləri:

-İqtisadiyyata giriş

-Mikroiqtisadiyyat

-Makroiqtisadiyyat

-Xətti cəbr və riyazi analiz

-Ehtimal nəzəriyyəsi və riyazi statistika

-Ekonometrika

-Əməliyyatların tədqiqi

-Azərbaycan iqtisadiyyatı

-Statistika

-Mühasibat uçotu

-Audit

-Maliyyə

-Keyfiyyətə nəzarət

-Erqonomika və iş təhlükəsizliyi

-Menecment

-Marketinq

-İnsan resurslarının idarə edilməsi

-İqtisadi informatika

-İnformasiya kommunikasiya texnologiyaları

-Ətraf mühitin iqtisadiyyatı

-İşgüzar yazışmalar

-İqtisadiyyatın tənzimlənməsi

-Müəssisənin iqtisadiyyatı

-Sənayenin təşkili və idarə edilməsi

-Sənayedə investisiya və innovasiya fəaliyyəti

-Qeyri-neft sənayesinin iqtisadiyyatı

-Standartlaşdırma və sertifikasiya

-Mülki müdafiə

Peşə hazırlığı üzrə seçmə fənlər:

-Xüsusi xarici dil

-Keyfiyyətin idarə edilməsi

-İdarəetmə, risk və etika

-Sahibkarlığın əsasları

-Sosial marketinq

-Rəqəmsal marketinq

-Müəssisənin kommersiya təhlükəsizliyi

-Biznes-planın tərtib edilməsi

-Sənaye texnoloji parkların təşkili və idarə edilməsi

-Azad iqtisadi zonaların sənayeləşmə prosesinə təsiri

-Beynəlxalq maliyyə qurumlarının sənaye təşkilinə təsiri və s.