Uğurlu karyeranın təməli!

Elmi mərkəzlər

Gender Araşdırmaları Mərkəzi

Gender araşdırmaları mərkəzi 2000-ci il iyun ayında təsis edilmişdir. Mərkəz qeyri-kommersiya ictimai birliyi kimi qeri-dövlət Qərb Universiteti nəzdində yaradılmışdır. Gender araşdırmaları mərkəzində heç bir ştat vahidi yoxdur. Mərkəzə gənc tədqiqatçılar, müəllimlər və tələbələr sırasından könüllülər kömək edir. Mərkəzin idarə heyyəti cari il və perspektiv üçün tədbirlər planını, layihələrin və tələbələrin yerinə yetirilmə gedişini müzakirə edir.

Davamlı İnsan İnkişafı İnstitutu

Müasir dünyada qəbul olunmuş sabit insan inkişafı konsepsiyası bugünkü nəslin tələblərini nəzərə almaqla gələcək nəslin ehtiyaclarını ödəməyi və bu baxımdan tərəqqiyə nail olmağı nəzərdə tutur. Bu, o deməkdir ki, təbii sərvətlərdən istifadə olunması, ətraf mühitin mühafizəsi və ondan səmərəli istifadə olunması, elmi biliklərin və texnologiyanın inkişafı ilə həyata keçirilməlidir ki, gələcək nəsillər də onlardan bizim kimi istifadə edə bilsin. Qlobal miqyasda inkişafa bu cür uğurlu yanaşma insanın cəmiyyətə xas olan iqtisadi, ekoloji və ictimai faktorların daşıyıcısı olması ideyasını və insan inkişafının milli strategiyalarını dəstəkləyir. Bu baxımdan milli inkişaf istitutlarının uaradılması inkişaf konsepsiyasının həyata keçirilməsinin vacib elementlərindən biridir.