Gender Araşdırmaları Mərkəzi

Gender Araşdırmaları Mərkəzi Qərb Universitetinin nəzdində yaradılmış qeyri-kommersiya/ qeyri-hokumət təşkilatıdır. Mərkəzin missiyası Azərbaycan cəmiyyətinə yeni olan gender üsulunun yayılması və inkişafı, həmçinin bu üsulun elmi tədqiqatlara və tədris proqramlarına i*nteqrasiyasıdır.

Mərkəz öz tərkibində müxtəlif sosial və humanitar fənnlərdə (fəlsəfə, iqtisadi nəzəriyyə, hüquq, tarix, psixologiya, sosiologiya, siyasi elmlər və kulturologiya) gender yanaşmasının inkişafı ilə əlaqədar müəllim və tədqiqatçıları cəmləşdirməyə çalışır.

Mərkəz Azərbaycan Respublikasının 11 ali təhsil müəssisəni və Azərbaycan Milli Elmlər Akademiyasını təmsil edən 42 müəllim və tədqiqatçı heyətindən ibarətdir

Gender Araşdırmaları Mərkəzinin fəaliyyət istiqamətlərinə daxildir:

- Gender və qadın problemləri ilə bağlı tədqiqatların aparılması;

- Gender nəzəriyyəsinin ictimai və humanitar elmlərə inteqrasiyası;

- Elmi və ictimai əlaqələrin inkişafı;

- Qlobal miqyasda konfrans, seminar, simpoziumların keçirilməsi və onlarda iştirak;

- Gender tədqiqatlarına aid nəşrlər;

- Tədris və elmi fəaliyyət;

Mərkəzin əsas məqsədi aşağıdakı problemləri təhlil və müzakirə etməkdən ibarətdir:

- Şəxsiyyət və onun cəmiyyətlə münasibətləri

- Azadlıq və onun məhdudiyyətləri

- İnsanlar arasındakı fərqlər və bərabər hüquqluluq zərurəti

- Nigah, ailə və din

- Ənənəvi və demokratik dəyərlər