Uğurlu karyeranın təməli!

Davamlı İnsan İnkişafı İnstitutu


Müasir dünyada qəbul olunmuş sabit insan inkişafı konsepsiyası bugünkü nəslin tələblərini nəzərə almaqla gələcək nəslin ehtiyaclarını ödəməyi və bu baxımdan tərəqqiyə nail olmağı nəzərdə tutur. Bu, o deməkdir ki, təbii sərvətlərdən istifadə olunması, ətraf mühitin mühafizəsi və ondan səmərəli istifadə olunması, elmi biliklərin və texnologiyanın inkişafı ilə həyata keçirilməlidir ki, gələcək nəsillər də onlardan bizim kimi istifadə edə bilsin. Qlobal miqyasda inkişafa bu cür uğurlu yanaşma insanın cəmiyyətə xas olan iqtisadi, ekoloji və ictimai faktorların daşıyıcısı olması ideyasını və insan inkişafının milli strategiyalarını dəstəkləyir. Bu baxımdan milli inkişaf istitutlarının uaradılması inkişaf konsepsiyasının həyata keçirilməsinin vacib elementlərindən biridir.

Azərbaycanda İnsan İnkişafı İnstitutu insan təkamülünü öyrənmək və təhsil strukturlarının bu istiqamətdə iş aparması üçün təbliğat aparmaq məqsədilə yaradılmışdır. İnstitutun fəaliyyət dairəsinə aşağıdakılar daxildir:

1. İnsan inkişafının müasir şəraitini öyrənmək və tədqiq etmək, bu prosesə təsir qöstərən iqtisadi, ekoloji və ictimai fakorları müəyyənləşdirmək;

2. Komponentlərin dinamikasına və qöstəri-cilərinə əsasən insan inkişafının şəraitini qiymətləndirmək məqsədilə mövcud qanuna uyğunluqları aşkara çıxararaq və insan inkişafını sürətləndirmək məqsədilə əhalinin aztəminatlı təbəqələri üçün layihələr hazırlayıb həyata keçirmək;

3. Milli insan inkişafı strateqiyasının və konsepsiyasının həyata keçirilməsində iştirak etmək.

İnstitut insan inkişafını sürətləndirməyə yönəldilmiş kompleks işlər qörür və bu sahədə aparılan tədqiqat işlərini əlaqələndirir. Ən əsas vəzifələrdən biri insan inkişafı barədə bilgiləri cəmiyyət üzvləri, xüsusilə də gənclər arasında yaymaqdan ibarətdir.

İnstitutun əsas məqsədlərindən biridə digər dövlət və qeyri-dövlət orqanları, hökümət və qeyri-hökümət təşkilatları, yerli və xarici institutlarla əməkdaşlıq etməkdir.

İnstitut tərəfindən aşağıda göstərilən sahələr üzrə tədqiqatlar aparılır:

a. təbii, ekoloji və ictimai mühit və onların insan inkişafına təsiri

b. insan inkişafının gender aspektləri

c. əhalinin ən imtiyazsız təbəqələri (qaçqınlar, əlillər, yaşlılar və qadınlar)

d. insan inkişafının səviyyəsində mövcud olan regional fərqlər və onların aradan qaldırılması.

Qərb Universiteti Azərbaycanda insan inkişafına dair təhsilin təmin olunmasının və Azərbaycan cəmiyyətinə bu biliklərin aşılanmasının təşəbbüskarı kimi çıxış etmişdir. 2001-ci ildə ölkədə ilk dəfə olaraq Qərb Universitetində İnsan İnkişafı İnstitutu təsis edilmişdir. Sabit inkişafın müxtəlif aspektləri üzrə, o cümlədən sabit insan inkişafı üzrə biliklərin təbliği və yayılması bu İnstitutun fəaliyyətində prioritet istiqamətdir. 2002-2003-cü tədris ilindən başlayaraq Universitetin bütün fakültələrində sabit inkişafın və sabit insan inkişafının əsasları üzrə ümumi kurslar tədris edilir. Bu sahədə seminarlar (Məsələn: aprel 2003, «Azərbaycanda sabit ekoturizm və milli parkların sistemi», Böyük Britaniya-nın Darrel İnstitutu, Kent Universiteti ilə birgə; mart 2005, ABŞ-nin Missisipi Universiteti ilə birgə «Sabit İnsan İnkişafına istiqamətlənmiş ekoloji menecment») təşkil olunur, müvafiq tədris proqramları hazırlanır ki, bu proqramlara uyqun olaraq ölkənin digər tədris ocaqlarında da müvafiq kursların tədris edilməsi üçün imkanlar araşdırılır.

Eyni zamanda İnstitut Azəraycanda, 1995-ci ildən BMT-nin İnkişaf Proqramının təşəbbüsü və dəstəyi ilə tərtib olunan insan inkişafı üzrə illik hesabatların hazırlanma-sında fəal iştirak edir. İnstitutun elmi-tədqi-qat fəaliyyətinin əhəmiyyətli hissəsini etnik biliklərin toplanması və öyrənilməsi üzrə tədqiqatlar, sabit inkişaf üzrə ümumi və xüsusi tədris materiallarının hazırlanması təşkil edir.

Hazırda Azərbaycan hökümətı ölkənin sabit inkişafının təmin olunması üçün mühüm işlər aparır. O cümlədən, müvafiq Nazirliklər tərəfindən sabit inkişaf prinsiplərə əsaslanan milli və regional inkişaf konsepsiyası işlənib hazırlanmışdır. Bu baxımdan Qərb Universitetinin nəzdində təsis olunmuş İnsan İnkişafı İnstitutunun fəaliyyəti ölkənin təbii və insan ehtiyatlarının idarə olunması sahəsində müasir üsullara və biliklərə yiyələnmiş yüksək ixtisaslı yerli kadrların hazırlanmasına və Azərbaycan cəmiyyətində sabit inkişaf haqqında biliklərin yayilmasına istiqamətlənmiş ümummilli səylər sırasındadır.