Kompüter sistemləri və şəbəkələrinin proqram təminatı

 

Proqram: Kompüter sistemləri və şəbəkələri sahəsi üzrə maqistr

Müddət: 2 il

Təhsil forması: əyani

İllik təhsil haqqı: 1900 AZN

Təlim dili: azərbaycan, ingilis və rus dili

 

Kompüter sistemləri və şəbəkələrisahəsi üzrə magistr proqramı –magistrantlara informasiya texnologiyaları, kompüter, informasiya kommunikasiyaları və müasir şəbəkənin dərindən başa düşülməsi üzrə geniş biliklər əldə etmək imkanı yaradan təhsil proqramıdır. Proqram şəbəkənin hərtərəfli layihələndirilməsi və həyata keçirilməsi, şəbəkə məhsuldarlığının təhlili və idarə olunması, şəbəkənin təhlükəsizliyini və ən müasir şəbəkə texnologiyası üzrə bacarıqlarını təkmilləşdirir. Proqram magistrantlara qabaqcıl kompüter texnologiyalarını öyrənərək təhlil etmək, işləyib hazırlamaq, idarə etmək və geniş bilik və praktiki təcrübə imkanlarının genişləndirilməsi üçün nəzərdə tutulub.

Magistrant elmi-tədqiqat sahəsi üzrə aşağıdakı peşə vərdişlərinə yiyələnməlidir:

-fundamental elmlər və kompüter fənləri sahəsində dərin biliklərə əsaslanan riyazi modelləşdirilmə üsullarından istifadə etmək qabiliyyətinə yiyələnməlidir;

-informasiya texnologiyaları problemlərinin təhlilində riyazi və alqoritmik üsullardan istifadə etmək bacarığına yiyələnməlidir;

-elmi-tədqiqat işlərinin və elmi axtarışların informasiya texnologiyalarından istifadə edərək aparılmasına yiyələnməlidir;

-sahə üzrə klassik məsələlərin fiziki aspektləri üzrə müstəqil təhlillərin aparılmasına yiyələnməlidir;

-öz elmi axtarışlarının nəticələrinin təqdim etmək bacarığına yiyələnməlidir;

-fənnin ümumi mənzərəsini müstəqil qurmaq bacarığına yiyələnməlidir;

Magistrantlar mütləq qaydada elmi-pedaqoji təcrübə keçməli və magistr dərəcəsi almaq üçün magistr dissertasiyasını müdafiə etməlidirlər

 

Magistr nəzəri prinsip və tədqiqat metodları haqqında ümumi təsəvvürə və dərin biliyə malik olmalı, peşə hazırlığı tələb edən elmi-tədqiqat işi aparmağa və pedaqoji fəaliyyətə hazır olmalı, peşəkar fəaliyyəti çərçivəsində gözlənilməz və mürəkkəb məsələləri həll etməyi bacarmalıdır.

Proqram uğurla başa çatdıqdan sonra magistrlar telekommunikasiya, kompüter, aerokosmik, nəqliyyat sahələrində və dövlət orqanlarında öz peşə fəaliyyətlərini qura bilərlər, eyni zamanda elmi fəaliyyətlərini davam etdirə bilərlər.

Proqramın tərkibi:

Humanitar və sosial elmlər:

- Xarici dil

- Ali məktəb pedaqogikası

- Psixologiya

Seçmə fənn:

1. Fəlsəfə

2. Politologiya

İxtisas-peşə hazırlığı fənləri:

- Komyuter mühəndisliyinin müasir problemləri
- Komyuter mühəndisliyinin tarixi və metodologiyası
- Obyektyönümlü proqramlaşdırma
- İntellektual sistemlər
- İnternet texnologiyalar
- Riyaziyyatın xüsusi fəsilləri
- Hesablama təcrübəsinin avtomatlaşdırılması
- Sistem və proseslərin kompyuter modelləşdirilməsi
- Qərar qəbuletmə nəzəriyyəsinin əsasları
- Verilənlərin analizinin müasir problemləri

Peşə hazırlığı üçün seçmə fənlər:

- Optimal idarəetmə nəzəriyyəsi
- Kompüter şəbəkələrinin mühafizəsi
- Kompüter texnologiyalarında kriptoqrafik üsullar
- Kompüterlərin arxitekturası və təşkili
- Proqnozlaşdırma üsulları
- Rəqəmsal qurğular
- Surətlərin tanınması
- Ekspert sistemlər
- Riyazi və kompüter modelləşdirilməsi