Sistem mühəndisliyi üzrə bakalavr dərəcəsi

Proqram: Sistem mühəndisliyi üzrə bakalavr

Müddət: 4 il

Kredit: 240

Təhsil forması: əyani

İllik təhsil haqqı: 2000 AZN (bu məbləğ 2 dəfəyə - hər semestr öncəsi ödənilir)

Təlim dili: azərbaycan, ingilis və rus dili

Sistem mühəndisliyi ixtisası üzrə məzun sistemlərin layihələndirilməsini, layihələndirmə strategiyasının hazırlamasını, sistemlərin iyerarxiyasının bütün səviyyələrində tələblərin idarə edilməsini, müasir metodlarla və vasitlərlərlə sistemlərin hazırlanmasını, onların arxitektur cəhətdən layihələndirilməsini, etibarlılıq, risk, texniki və iqtisadi xarakteristikalar nəzərə alınmaqla sistemlərin təhlil edilməsini, təhlildə modelləşdirmə üsullarının istifadə edilməsini, insan-maşın əlaqələrinin qurulmasını, elementlərin qeyri-bircincliyini və paylanma mümkünlüyünü nəzərə alaraq inteqrasiya olunan sistemlərin layihələndirilməsini, onların sınaqdan keçirilməsini və nəticələrin təhlil olunmasını öyrənəcək, həmçinin informasiya texnologiyaları sahəsində geniş biliklər əldə edəcəkdir.

Dərəcə əldə etmək üçün tələbələr diplomqabağı təcrübə keçməli və buraxılış işini müdafiə etməlidirlər.

Proqramı müvəffəqiyyətlə bitirən məzunlar dövlət və özəl təşkilatlarda, agentliklərdə, beynəlxalq şirkətlərdə və onların layihələrində, nəqliyyat sənayesində və s. fəaliyyət göstərə bilərlər.

 

Humanitar və sosial fənlər:

-Azərbaycan tarixi

-Azərbaycan dili və nitq mədəniyyəti

-Fəlsəfə

-Multikulturalizmə giriş

-Psixologiya

-Mədəniyyətşünaslıq

-Azərbaycan Konstitusiyası və hüququn əsasları

-Etika

İxtisas-peşə hazırlığı fənləri:

-Riyaziyyat

-Fizika

-Ehtimal və statistika

-Qərar qəbuletmə modelləri

-Elektronikanın əsasları

-Elektrotexnikanın əsasları

-İnformasiya texnologiyaları

-Proqramlaşdırmaya giriş

-Proqram təminatının işlənməsi metodları

-Sistem mühəndisliyi konsepsiyası

-Mühəndis sistemlərin informasiya təhlükəsizliyi

-Verilənlər və informasiya mühəndisliyi

-İdarəetmə sistemləri

-Sistemli analiz

-Sistemlərin modelləşdirilməsi

-Bilik mühəndisliyi

-Kompüter şəbəkələrinin əsasları

-İnsan-maşın interfeysləri

-Mühəndis layihələndirmə sistemləri

-Layihələrin idarə olunması

-Strateji menecment

-Həyat fəaliyyətinin təhlükəsizliyi

-Mülki müdafiə

Peşə hazırlığı üzrə seçmə fənlər:

-Xüsusi xarici dil

-Neyrokompüterlər

-Kompüter şəbəkələri

-Veb proqramlaşdırılması

-Vizual proqramlaşdırma

-İxtisas üzrə praktikum

-İntellektual sistemlər və s.