Siyasi və İctimai Elmlər məktəbi

 

Siyasi elmlər kafedrası

Politologiya kürsüsü

Beynəlxalq münasibətlər kürsüsü

İctimai elmlər kafedrası

Tarix və fəlsəfə kürsüsü

Pedaqogika kürsüsü

Hüquq kürsüsü

"Siyasi elmlər” fakültəsi Qərb Universiteti yarandığı ilk gündən onun tədris, elm və inzibati bölməsi olub, yüksək ixtisaslı kadr hazırlığı istiqamətində "Politologiya”, "Psixologiya”, "Regionşünaslıq”, "Beynəlxalq jurnalistika”, "Beynəlxalq hüquq”, "Beynəlxalq münasibətlər” və s. ixtisasları üzrə bakalavr və ali təhsilin magistratura səviyyəsində kadrların hazırlanmasına rəhbərlik etmişdir. 

Fəaliyyət göstərən ixtisaslar sahəsində lazımi biliklərin tədrisində yüksək təhsil standartlarını qorumağı qarşısına məqsəd qoyan, intellektual səviyyəsi, elmi və təcrübi bilikləri yüksək olan müəllimlərimiz məktəbimizin qabaqcıllar sırasında olması üçün inamla irəliləyirlər. Tələbələr üçün mütəmadi olaraq onların dünyagörüşünün formalaşmasına xidmət edən, respublikanın tarixində və həyatında önəmli hadisələrə həsr olunmuş ictimai-siyasi və s. müxtəlif formatlı tədbirlər həyata keçirilir. "Siyasi və ictimai elmlər” məktəbinin əsas məqsədi gənc və müstəqil dövlətimizin demokratiya yolunda gələcək inkişafı üçün tələb olunan yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsindən ibarətdir.

Həmçinin fəaliyyət prosesində sərbəstlik, bütün işlərdə etibar və inam prinsipinə əsaslanan, davamlı inkişaf hədəfi olan təcrübəli professor müəllim heyəti və yenilikçi fakültə rəhbərliyi ilə sağlam, xeyirxah, rəqabətə hazır olan, öz sahələrində mövcud olan elmi yenilikləri mənimsəyib tətbiq etməyi bacara bilən, milli dəyərlərə sadiq, bəşəri dəyərlərə üstünlük verən, bilik, bacarıq və vərdişləri ilə bütün problemləri həll etmək iqtidarında olan və Respublikamızda politologiya, regionşünaslıq, beynəlxalq münasibətlər, psixologiya, tarix və fəlsəfə ixtisasını yüksək səviyyədə bilən məzunlar yetişdirən məktəb olmaqdır. Politologiya, regionşünaslıq, beynəlxalq münasibətlər, psixologiya, tarix və fəlsəfə ixtisasında yüksək səviyyədə uğur qazanan, sosial məsuliyyəti yüksək olan, elmə, tədrisə aid bütün yenilikləri mənimsəməyi bacaran ixtisasçılar yetişdirməkdir. Fundametal biliklər verən məktəbimizin missiyası tələbələri seçdikləri ixtisas sahələri üçün zəruri olan metodoloji, empirik və analitik bacarıqlarla silahlandırmaq, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaqdır.

2017-ci ildən isə "Siyasi və ictimai elmlər” məktəbi adı altında fəaliyyət göstərərək aşağıda qeyd olunan ixtisaslar üzrə mütəxəssis hazırlığını həyata keçirir:

 

Bakalavr səviyyəsi üzrə:

-Politologiya

-Psixologiya

-Regionşünaslıq

-Beynəlxalq münasibətlər

-Tarix

-Fəlsəfə


Magistratura səviyyəsi üzrə:

-Dünya siyasi prosesləri

-Beynəlxalq mədəni əlaqələr tarixi və nəzəriyyəsi

-Beynəlxalq münasibətlər tarixi

-Regionşünaslıq (Amerika və Böyük Britaniya)


Doktorantura səviyyəsi üzrə:

-Beynəlxalq münasibətlər

-Siyasi institutlar və sistemlər