Dünya siyasəti

Proqram: Dünya siyasəti üzrə maqistr

Müddət: 2 il

Təhsil forması: əyani

İllik təhsil haqqı: 1900 AZN

Təlim dili: azərbaycan, ingilis və rus dili

Dünya siyasəti üzrə magistr proqramı- qlobal, regional və milli səviyyələrdə qlobal siyasətdə proses və hadisələri dərindən öyrənməydə şərait yaradan təhsil proqramıdır. Proqram magistrantlara dövlət, biznes, peşə məktəbi və qeyri-kommersiya təşkilatlarında peşə sahibləri üçün faydalı olan güclü bilik bazası və siyasi təhlil alətləri ilə tanış edir, həmçinin bütün dünyada mürəkkəb siyasi münasibətləri başa düşmək üçün tələb olunan həm nəzəri, həm də praktiki biliklər əldə etmək imkanı verir.

Proqram siyasi tarix elminin əsas mövzuları olan, o cümlədən parlament sistemi, qloballaşma, siyasi idarəetmə və ictimai əlaqələr, texnologiyalar, siyasi tədqiqat metodları, siyasi münaqişələrin həlli və beynəlxalq siyasət məsələləri sahəsində biliklər verir. Magistrantlar öz elmi və peşəkar karyeralarının inkişafı üçün həlledici olan dəyərli analitik vərdişlərə yiyələnirlər.

Magistrant elmi-tədqiqat sahəsi üzrə aşağıdakı peşə vərdişlərinə yiyələnməlidir:

- elmi-tədqiqat və elmi axtarışlar işinin aparılması;

- beynəlxalq münasibətlər elminin inkişafının əsas istiqamətlərinin aspektləri üzrə

müstəqil təhlil aparmaq;

- öz elmi araşdırmalarının nəticələrinin təqdim etmək bacarığı;

- fənlərin ümumi mənzərəsini müstəqil qurmaq;

Fənlər: xarici dil, ali məktəb pedaqogikası, psixologiya, diplomatiya nəzəriyyəsi və təcrübəsi, dünya siyasəti və beynəlxalq münasibətlər, Azərbaycan müstəqilliyi uğrunda əsas istiqamətlər, beynəlxalq müqavilələr: terminlərin və sənədləşmənin xüsusiyyətləri, milli təhlükəsizliyin beynəlxalq aspektləri, Azərbaycan Respublikasının xarici siyasəti, müasir beynəlxalq əlaqələrin aktual problemləri

Seçmə fənlər: fəlsəfə, politologiya, dünyanın qlobal problemləri, dünya siyasətinin qeyri-dövlət iştirakçıları, beynəlxalq münasibətlərin parlamentdə rolu, avropa inteqrasiyasının tarixi, beynəlxalq terrorizmə qarşı mübarizə, qloballaşma və dünya siyasəti, beynəlxalq hüquq, müasir dövrdə Yaxın və orta Şərq ölkələrinin xarici siyasəti, avropa inteqrasiyasının institutları, qərb ölkələrinin Avrasiya siyasəti

Magistrantlar mütləq olaraq elmi-pedaqoji təcrübə keçməli və magistr dərəcəsi almaq üçün magistr dissertasiyasını müdafiə etməlidirlər.

Magistr elmi nəzəri prinsip və tədqiqat metodları haqqında ümumi təsəvvürə və dərin biliyə malik olmalı, peşə hazırlığı tələb edən elmi-tədqiqat işi aparmağa və pedaqoji fəaliyyətə hazır olmalı, peşəkar fəaliyyəti çərçivəsində gözlənilməz və mürəkkəb məsələləri həll etməyi bacarmalıdır.

Proqram uğurla başa çatdıqdan sonra magistrlar dövlət təşkilatları, səfirliklər, nazirliklər və qeyri-hökumət təşkilatları, hüquq, biznes, beynəlxalq təşkilatlar və təhsil strukturlarında da öz peşə fəaliyyətlərini qura bilərlər, eyni zamanda elmi fəaliyyətlərini davam etdirə bilərlər.