Uğurlu karyeranın təməli!

Çin dili Mərkəzi

Qərb Universiteti nəzdində Çin dili və Mədəniyyəti Mərkəzi 2013-cü ildə Çin Xalq Respublikası Təhsil Nazirliyinə bağlı qeyri-kommersiya ictimai təhsil təşkilatı olan Konfutsi İnstitutu ilə əməkdaşlıq nəticəsində yaranmışdır.

Həmçinin, 2015-2016 tədris ilində yeni bir layihə həyata keçirtmək planlaşdırılıb.

Mərkəzin missiyası tələbələrə Çin dili və mədəniyyətini təbliğ etmək, həmçinin Azərbaycan və Çin arasında mədəni əlaqələri inkişaf etdirməkdir.

Mərkəzin fəaliyyətinin bir hissəsi kimi Qərb Universiteti tələbələrinin Bakıda və xaricdə Çin dili öyrənmək imkanları var.

Universitetdə müntəzəm olaraq dərs deyən Çinli müəllimlər tələbələrə yerli müəllimlərlə dil bacarıqlarını təcrübə etmək imkanı yaradırlar.

2013-2014-cü illərdə Qərb Universitetinin 4 tələbəsi Çin universitetlərində bir semestrlik təhsil alaraq Çin dilini ikinci dil kimi öyrənmək şansı əldə ediblər.

Çin dilini öyrənmək arzusunda olanlar Mərkəzlə əlaqə saxlaya bilərlər:

Tel: 492 74 18

e-mail: iro@wu.edu.az