Uğurlu karyeranın təməli!

Haqqımızda

Qərb Universitetinin Kitabxanasına xoş gəlmişsiniz!

Universitet infrastrukturunun vacib elementlərindən biri olan Elmi Kitabxana Mərkəzi müəllim və tələbələrin potensialını tam artırılması istiqamətində fəaliyyət göstərir. O, təhsil müəssisəsinin tədris, elmi-tədqiqat və ictimai həyatında fundamental rol oynayır. Elmi Kitabxana Mərkəzi şəxsiyyətin inkişafı, əməkdaşlıq və xidmətlərin genişləndirilməsi, eləcə də əhatəmizdə və elektron mühitdə inkişafımızı hədəf seçmiş missiyamızın əsas dəstəkçisidir.

Əməkdaşlıqlar:

- Qərb Universiteti Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Depozitariya Kitabxanası Proqramına daxil edildi.

- Qərb Universiteti BMT və menecment ilə bağlı olan akademik institutlar, biznes məktəbləri və universitetlər arasında ilk mütəşəkkil əlaqə olan və 2007-ci ildə BMT-nin baş katibi tərəfindən irəli sürülmüş Məsuliyyətli İdarəetmə Təhsili Prinsipləri təşəbbüsünə qoşulmuşdur.

- Qərb Universitetində Beynəlxalq Əmək Təşkilatının Depozitariya Kitabxanası yaradılmışdır.

- Qərb Universitetində növbəti beynəlxalq Depozitariya Kitabxana yaradıldı!

- Qərb Universitetinin kitabxanası zəngiləşməkdə davam edir!

 

 

Kitabxana artıq 10 ildən çox fəaliyyət göstərən Tədqiqat Mərkəzinə sahibdir. Mərkəz dünyanın aparıcı nəşriyyatlarına aid bütün fənn və mövzular üzrə zəngin kitab kolleksiyasına malikdir. Burada həmçinin 160 jurnal və nadir kitab nüsxələrindən ibarət kolleksiyalar da mövcuddur.

Hal-hazırda Kitabxanada ümumilikdə 50000 nüsxə azərbaycan, ingilis, rus, alman, ispan, türk və başqa dillərdə çap edimiş kitab var. Yalnız ingilis dilində olan kitabların sayı 15000-dən artıqdır. Kitab fondunun tərkibi aşağıdakı sahələr üzrə kitablardan ibarətdir:

- Biznes və Marketinq

- Hüquq və Siyasət

- Sosiologiya

- Tarix və Din

- Ekologiya

- Turizm

- İncəsənət və Dizayn

- Fəlsəfə

- Kütləvi informasiya

- Riyaziyyat

- Pedaqogika

- Dil və ədəbiyyat.

Əlavə olaraq çox sayda məlumat kitabçaları, lüğət və ensiklopediyalar da mövcuddur.

Həmçinin geniş sayda elmi-təhsil qəzet və jurnallar var ki, bunlardan 42-si ABŞ-dan, 20-si Böyük Britaniyadan, 29-u Rusiyadan, 9-u Almaniyadan və 5-i Hollandiyadan alınır.

 

Kitabxana daim öz xidmətlərini, kitab fondunu, avadanlıq və informasiya vasitələrini təkmilləşdirməyə çalışır. Kitabxana işçiləri müntəzəm olaraq respublikada və xaricdə olan nəşriyyatarla əlaqə saxlayır ki, bu da yeni kataqlolar əldə etməyə və oxucuları yeni ədəbiyyatlarla tanış etməyə şərait yaradır.