Uğurlu karyeranın təməli!

Kitabxana xidmətləri

Elmi Kitabxana Mərkəzi 150 tələbə üçün nəzərdə tutulmuş iki geniş oxucu zalına malikdir. Bunlardan 32 yer portativ komputerlərlə təchiz olunub, 14 yer isə müstəsna olaraq qəzet və ya iri həcmli digər materialların istifadəsi üçün qorunur. Çap olunmuş nüsxələr haqqında məlumatlar toplanmış kitabxana kataloqu qonşu zalda yerləşir. Elmi Kitabxana Mərkəzindəki bütün komputerlərin internətə çıxışı təmin olunmuşdur.

Əməkdaşlıqlar:

- Qərb Universiteti Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Depozitariya Kitabxanası Proqramına daxil edildi.

- Qərb Universiteti BMT və menecment ilə bağlı olan akademik institutlar, biznes məktəbləri və universitetlər arasında ilk mütəşəkkil əlaqə olan və 2007-ci ildə BMT-nin baş katibi tərəfindən irəli sürülmüş Məsuliyyətli İdarəetmə Təhsili Prinsipləri təşəbbüsünə qoşulmuşdur.

- Qərb Universitetində Beynəlxalq Əmək Təşkilatının Depozitariya Kitabxanası yaradılmışdır.

- Qərb Universitetində növbəti beynəlxalq Depozitariya Kitabxana yaradıldı!

- Qərb Universitetinin kitabxanası zəngiləşməkdə davam edir!

Qərb Universiteti Elmi Kitabxana Mərkəzinin elektron kataloqu:

Ümumi sahə

Fəlsəfə və psixologiya

Din

 İctimai elmlər

- Sosiologiya

- Siyasi elmlər

- İdarəetmə

- Marketinq və s.

Təbii elmlər və riyaziyyat

Texnologiya (tətbiqi elmlər)

Ölkəşünaslıq (Coğrafiya)

Elektron kataloq üzrə hesabat

Elmi kitabxana mərkəzinə daxil olan yeni nəşrlər

Yeni nəşrlər


Elmi Kitabxana Mərkəzi müəllim və tələbələrin istifadəsi üçün yararlı olan son audio-video avadanlıqlarla təchiz olunmuşdur. Audio-video bölməsi tələbələrin audio-video yazıları dinləməsi üçün xüsusi quraşdırılmışdır. Rəqəmsal kolleksiyasımıza 1000-dən çox lent yazısı daxildir.

- İngilis dili və xüsusi məqsədlər üçün ingilis dili

- Alman dili və xüsusi məqsədlər üçün alman dili

- Fransız dili və xüsusi məqsədlər üçün fransız dili

- İspan dili və xüsusi məqsədlər üçün ispan dili

- Tədris xarakterli filmlər

- Müxtəlif çeşiddə klassik və müasir filmlər

Burada internətə çıxış imkanları olan 30 komputer mövcuddur. Müəllim və tələbələrin istifadəsi üçün ən son audio-video avadanlıqlar təchiz olunmuşdur.


İş vaxtımız:

Elmi Kitabxana Mərkəzi bazar ertəsindən cümə gününədək saat 09:00-dan 20:00-dək, şənbə günləri isə saat 09:00-dan 16:00-dək fəaliyyət göstərir. Bayram günləri kitabxana fəaliyyət göstərmir.

ELEKTRON KİTABXANA

Elektron nəşrlərin siyahısı

Yalnız elektron nəşrlər