Nəşriyyat Mərkəzi

 Qərb Universiteti respublikada müasir avadanlıqlarla təchiz olunmuş nəşriyyat mərkəzi olan bir neçə ali məktəbdən biridir. Nəşriyyat mərkəzi aşağıdakı xidmətləri təklif edir:

- kitabların, jurnalların, prospekt və bukletlərin nəşri;

- tədris prosesi üçün zəruri olan tədris planlarının, blanklarının, cədvəllərinin və s. çap edilməsi;

- Universitetdə keçirilən elmi və elmi-praktik tədbirlərin materiallarınnın nəşri;

- Müxtəlif dərsliklərin və elmi-metodiki materialların nəşri və paylanması.

Qərb Universitetinin nəşriyyat mərkəzi kənardan gələn sifarişləri də qəbul edir və yerinə yetirir.