İdman

Qərb Universitetinin İdman klubu

"Qərb Universitetinin İdman klubu" Qərb Universiteti tərəfindən 20 aprel 2005-ci ildə təsis olunmuşdu.Qərb Universitetinin fəaliyyətində və onun məqsəd və vəzifələri ilə həmfikir olan bütün əməkdaşları, tələbələri və QU-nun nəzdindəki məktəb şagirdləri İdman klubunun üzvləridir.

İdman klubunun məqsədi işçilərin və QU-nun tələbələrinin bədən tərbiyəsi və idman vasitəsilə sağlamlaşdırma prosesinin təşkili , Qərb Universitetində idman sağlamlıq hərəkətinə yönələn ictimai təşəbbüslərinə dəstək verməkdən ibarətdir.

İdman klubunun əsas vəzifələri:

- Qərb Universitetinin işçiləri və tələbələri üçün kütləvi idman sağlamlıq tədbirlərinin təşkili

- İdman növləri üzrə seksiyaların işlərinin təşkili

- İdman klubunun üzvlərinin və yığma komandalarının rayon, şəhər , respublika və beynəlxalq yarışlarda iştirakının təşkili

- Maddi-texniki bazanın gücləndirilməsi

- Qərb Universitetin kollektivinin sosial fəallığının artırılması

- Sağlam həyat tərzinin təbliğatı

- İdman klubunun qarşısında duran vəzifələrin həllinə yönələn tədbirlərin təşkili və məqsədyönlü maliyyələşdirilməsi İdman klubunun fəaliyyəti Universitetin rəhbərliyi tərəfindən istiqamətləndirilir və əlaqələndirilir.

İdman xəbərləri üçün buraya tıklayın