Mükafatlar

1998:

Qərb Universiteti Bədən tərbiyəsi müəllimi A.Ağəliyev özəl universitetlər arasında göstərdiyi yüksək nailiyyətlərə görə "Gənclik" tələbə idman cəmiyyəti Respublika şurası tərəfindən diplomla təltif olunmuşdur.

1999:

Qərb Universiteti idman komandası, ali təhsil müəssisələri arasında keçirilən yarışda, "Gənclik" tələbə idman cəmiyyəti Respublika şurası tərəfindən, I yer tutması ilə əlaqədar Diplomla təltif olunmuşdur.

2000:

Qərb Universiteti komandası, Səbail rayon kuboku uğrunda, Bədən Tərbiyəsi kollektivləri arasında keçirilən Futbol yarışlarında III yeri tutduğuna görə, Azərbaycan Respublikası Səbail Rayon İcra Hakimiyyəti başçısı aparatının Gənclər və İdman idarəsi tərəfndən Diplomla təltif olunmuşdur.

Qərb Universiteti Basketbol komandası, Ali təhsil məktəbləri tələbələri arasında keçirilən, Basketbol (kişilər) üzrə Respublika çempionatında I yeri tutması ilə əlaqədar, "Gənclik" tələbə idman cəmiyyəti Respublika şurası tərəfindən diplomla təltif olunmuşdur.

2001:

Qərb Universitetinin Basketbol komandası, Tələbələr arasında Basketbol üzrə Azərbaycan çempionatında I yeri tutduğuna görə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən diplomla təltif olunmuşdur.

Qərb Universitetinin Mini futbol komandası, Səbail rayon çempionatında Bədən Tərbiyəsi kollektivləri arasında keçirilən II yeri tutduğuna görə, Azərbaycan Respublikası Səbail Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Gənclər və İdman idarəsi tərəfndən Diplomla təltif olunmuşdur.

Qərb Universitetinin Basketbol komandası, Azərbaycan Respublikası Müstəqilliyinin 10-illik yubileyinə həsr olunmuş ali təhsil məktəbləri tələbələri arasında keçirilən V Respublika Universiadasında Basketbol (kişilər) üzrə II yeri tutduğuna görə "Gənclik" tələbə idman cəmiyyəti Respublika şurası tərəfindən diplomla təltif olunmuşdur.

2002:

Qərb Universiteti Basketbol komandası, Milli Olimpiya Komitəsinin 10-illik yubileyinə həsr olunmuş ali təhsil müəssisələri arasında keçirilən Basketbol (kişilər) üzrə Respublika çempionatında I yeri tutduğuna görə "Gənclik" tələbə idman cəmiyyətinin Azərbaycan Respublika şurası tərəfindən diplomla təltif olunmuşdur.

Qərb Universiteti Mini-futbol komandası, Səbail rayon üzrə Novruz bayramına həsr edilmiş BTK-lar arasında keçirilən mini-futbol yarışlarında I yeri tutduğuna görə, Azərbaycan Respublikası Səbail Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Gənclər, İdman və Turizm İdarəsi tərəfindən diplomla təltif olunmuşdur.

2003:

Qərb Universiteti Basketbol komandası, kişilər arasında Azərbaycan çempionatında III yeri tutduğuna görə, Azərbaycan Respublikası Gənclər İdman və Turizm Nazirliyi tərəfindən bürünc mükafata layiq görülmüşdür.

2004:

Qərb Universiteti Basketbol komandası, ali təhsil müəssisələri arasında keçirilən Basketbol (kişilər) üzrə Respublika Çempionatında ümumkomanda hesabında I yeri tutduğuna görə, "Gənclik" tələbə idman cəmiyyətinin Azərbaycan Respublika şurası tərəfindən diplomla təltif olunmuşdur.

2005:

Qərb Universiteti Basketbol komandası, VIII Respublika Universiadası Basketbol (kişilər) üzrə yarışda II yeri tutduğu üçün, Azərbaycan Respublikası Gəclər və İdman Nazirliyi tərəfindən diplomla təltif olunmuşdur.

Qərb Universieti idman klubunun üzvü Abbaszadə Tağı, Ali təhsil müəssisələri arasında keçirilən Armrestlinq (qol güləşi) üzrə Səbail rayon açıq birinciliyində 70 kq. çəki dərəcəsində III yeri tutduğuna görə, Azərbaycan Qol Güləşi Federasiyası tərəfindən diplomla təltif olunmuşdur.

2006:

Qərb Universiteti Basketbol komandası, ali təhsil müəssisələri tələbələri arasında keçirilən Basketbol (kişilər) üzrə Respublika Çempionatında I yeri tutduğuna görə, "Gənclik" tələbə idman cəmiyyətinin Azərbaycan Respublika şurası tərəfindən diplomla təltif olunmuşdur.

2007:

Qərb Universiteti Basketbol komandası, kişilər arasında keçirilən Respublika Universitetlər çempionatında II yerə layiq görülmüşdür.

2009:

Qərb Universiteti Basketbol komandası, ali təhsil məktəblərinin tələbələri arasında keçirilən IX Respublika Universiadasında Basketbol (kişilər) üzrə III yer tutduğuna görə, "Gənclik Tələbə İdman Cəmiyyətinin" Azərbaycan Respublika şurası tərəfindən diplomla təltif olunmuşdur.

2013:

Qərb Universiteti İdman klubuna, 14-15 Dekabr 2013-cü il tarixində keçirilən Draytuling üzrə Respublika çempionatında aktiv iştirak etdiyinə görə, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən təşəkkürnamə verilmişdir.

2014:

Qərb Universiteti İdman klubu, Klublar arasında İdman Dırmanması üzrə Respublika çempionatında I yer tutduğuna görə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Diplomla təltif olunmuşdur.

2015:

Qərb Universiteti İdman klubu 4-5 aprel 2015-ci il tarixlərində keçirilmiş "İdman dırmanması (boldring) üzrə "ÜMİD" yarışında II yeri tutduğuna görə, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən Diplomla təltif olunmuşdur.

Qərb Universiteti İdman klubunun üzvü İlkin Mustfazadə müxtəlif vaxtlarda, müxtəlif yarışlarda qalib gələrək aşağıdakı mükafatlara layiq görülmüşdür:

"Eurasian Cup of Kung Fu-Fighting" Yarışında 60 kq çəki dərəcəsində I yeri tutduöuna görə Gürcüstan Kung Fu Federasiyası tərəfindən Diplomla təltif olunmuşdur. (Gürcüstan, Tiblisi)

"Wushu Kung Fu" Yarışında II yer. (İtaliya, Roma)

"Juboksing Citsu Kontakt" üzrə Azərbaycan çempionatının, 60 kq çəki dərəcəsində I yeri tutduğuna görə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən diplomla təltif olunmuşdur.

"Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin 92 illiyinə həsr olunmuş beynəlxalq "Döyüş növləri" turnirində I yeri qazandığına görə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən diplomla təltif olunmuşdur.

Azərbaycan "WUSHU SANDA» yığmasının tərkibində Gürcüstanın Tbilisi şəhərində keçirilən "CUP OF GEORGIA" Beynəlxalq yarışında II yerə layiq görülmüşdür.

9-14 noyabr tarixində, Macarıstanın paytaxtı Budapeştdə keçirilən "Wushu Sanda" üzrə Dünya kubokunda. Azərbaycanı, 56 kq çəki dərəcəsində, Qərb Universiteti İdman Klubunun üzvü İlkin Mustafayev təmsil edərək I yeri qazanmışdır!

27-31 Dekabr tarixlərində, Bakıda BUDO döyüş növlərinin klublar arasında keçirilən I Dünya Kubokunda, "Western University Sport Club"un üzvü Mustafayev İlkin BUDO döyüş növlərinin "Wushu Sanda" növündə III yeri qazanmışdır.

27-31 Dekabr tarixlərində, Bakıda BUDO döyüş növlərinin klublar arasında keçirilən I Dünya Kubokunda, Qərb Universitetinin Qərb Dilləri fakültəsinin tələbəsi Cəfərov Əkbər, BUDO döyüş növlərinin "Grappling" növündə, 75 kg çəki dərəcəsində I yeri qazanmışdır!

5-6 dekabr 2015-ci il tarixində keçirilən Dry Tooling üzrə Açıq Respublika Çempionatında Qərb Universiteti komandası II yerə layiq görülmüşdür!

2016: 

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) Gənclər və İdman Nazirliyi ilə birgə Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə 30-31 yanvar tarixlərində keçirdiyi IX Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatında . Çempionatda Qərb Universitetini təmsil edən komanda yekun hesabda ikinci yeri tutmuşdur. Həmçinin Universitetin IV kurs tələbəsi Novruzova Fidan isə fərdi yarışda ikinci yeri tutmuşdur.