Tarix üzrə bakalavr dərəcəsi

Proqram: Tarix üzrə bakalavr

Müddət: 4 il

Kredit: 240

Təhsil forması: əyani və qiyabi

İllik təhsil haqqı: 2300 AZN və qiyabi 1600 AZN (bu məbləğ 2 dəfəyə - hər semestr öncəsi ödənilir) 

Təlim dili: azərbaycan, rus və ingilis dili

Tarix üzrə bakalavr dərəcəsi bütövlükdə dünyada mövcud olan qədim və müasir sivilizasiyaların tarixini öyrənən çoxsahəli təhsil proqramıdır. Tarix xalqın sosial yaddaşından, uğurlarından, qələbələrindən, faciələrindən və məğlubiyyətlərindən bəhs edən bir elm sahəsidir. Tarix sadəcə keçmiş deyil, o, inkişaf prosesi deməkdir. O, davamlı inkişafın müxtəlif məzmun və formalarını anlamaq baxımından xüsusi əhəmiyyət kəsb edir. Tarix keçmişdən əldə olunan təcrübələrə əsaslanaraq bu günü anlamaq və dərk etmək baxımından önəmli olduğu qədər, həmçinin gələcəyə doğru  bir körpüdür. Bu səbəbdən də insanlar tarixi hər zaman həyatın müəllimi hesab edirlər. 

Qərb Universiteti bu sahədə təhsil alan tələbələr üçün əldə etdikləri nəzəri biliklərlə yanaşı, tariximizi regionda analoqu olmayan laboratoriyalarda kifayət qədər müasir genetik təhlillər apararaq öyrənmək imkanı yaradır.

Dərəcə almaq üçün tələbələr diplomqabağı təcrübə keçməli və buraxılış işini müdafiə etməlidirlər.

Proqramı uğurla başa çatdıran məzunlar elm sahəsində, elmi-tədqiqat mərkəzlərində, orta və ali təhsil müəssisələrində, özəl və dövlət sektorlarında, beynəlxalq şirkətlərdə və s. öz karyeralarını qura bilərlər. 

 

Proqramın tərkibi:

Humanitar və sosial elmlər:

-       Xarici dil

-       Azərbaycan dili və nitq mədəniyyəti

-       Fəlsəfə

-       Politologiya

-       Psixologiya

-       Mədəniyyətşünaslıq

-       Sosiologiya

-       Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları

İxtisas-peşə hazırlığı fənləri:

-       Azərbaycan tarixi

-       Tarixşünaslıq

-       Etnoqrafiyanın əsasları

-       Qədim Şərq tarixi

-       Orta əsrlər tarixi

-       Yeni tarix

-       Müasir tarix

-       Yaxın və Orta Şərq ölkələri tarixi

-       Türk xalqları tarixi

-       Slavyan ölkələri tarixi

-       İnformatika

-       Antik tarix

-       Qafqaz xalqları tarixi

-       Arxeologiya

-       Mülki müdafiə

 

Peşə hazırlığı üzrə seçmə fənlər:

-       Dinlər tarixi

-       II Dünya müharibəsində Azərbaycanın rolu və əhəmiyyəti

-       Müasir dövrdə Rusiyanın xarici siyasəti

-       Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti

-       Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq təşkilatların fəaliyyəti

-       "Soyuq müharibə” dövründə beynəlxalq münasibətlər

-       XXI əsrin əvvəllərində ABŞ-ın xarici siyasəti

-       Müasir dövrdə Türkiyənin beynəlxalq münasibətləri

-       Müasir dövrün qlobal problemləri

-       Azərbaycan Respublikası və beynəlxalq təşkilatlar

-       Azərbaycanda milli hərəkat, ideyaların yaranması və təkamülü

-       Azərbaycan Qərb ölkələrinin xarici siyasətində və s.