Təkrar emal və bərpa texnologiyaları üzrə bakalavr dərəcəsi

Proqram: Təkrar emal və bərpa texnologiyaları üzrə bakalavr

Müddət: 4 il

Kredit: 240

Təhsil forması: əyani

İllik təhsil haqqı: 2000 AZN (bu məbləğ 2 dəfəyə - hər semestr öncəsi ödənilir)

Təlim dili: azərbaycan, ingilis və rus dili

Təkrar emal və bərpa texnologiyaları üzrə bakalavr dərəcəsi resusrların təkrar emal və bərpa prosesinin iqtisadi cəhətdən əlverişli yollarla həyata keçirilməsində vacib olan iş prinsiplərinin tədrisinə istiqamətlənmiş çoxsahəli proqramdır. Tələbələr təkrar emal prosesinin tarixi və məqsədlərini öyrənməklə yanaşı, materialların toplanması, ayrılması və emalı daxil olmaqla təkrar emal prosesinin yeni və fərqli texnologiyaları ilə tanış olurlar.

Dərəcə əldə etmək üçün tələbələr diplomqabağı təcrübə keçməli və buraxılış işini müdafiə etməlidirlər.

Proqramı müvəffəqiyyətlə bitirən məzunlar neft – qaz sənayesi, sürtkü materialları istehsalı, sənaye ekologiyası, kimyəvi və polimer sənaye, kənd təsərrüfatı sənayesi sahələrində fəaliyyət göstərə bilərlər.

Humanitar və sosial fənlər:

-Azərbaycan tarixi

-Azərbaycan dili və nitq mədəniyyəti

-Fəlsəfə

-Multikulturalizmə giriş

-Psixologiya

-Mədəniyyətşünaslıq

-Azərbaycan Konstitusiyası və hüququn əsasları

-Etika

İxtisas-peşə hazırlığı fənləri:

-Riyaziyyat

-Fizika

-Kimya

-İnformatika

-Nəzəri mexanika

-Tərsimi həndəsə, mühəndis və maşın qrafikası

-Maşın və mexanizmlər nəzəriyyəsi

-Materiallar müqaviməti

-Konstruksiya materialları texnologiyası

-Materialşünaslıq

-Hidravlika və hidravlik maşınlar

-Elektrotexnika

-İstilik mexanikası

-Metrologiya, standartlaşdırma və sertifikatlaşdırma

-Maşın istehsal texnologiyası

-Maşın hissələri və konstruksiya etmənin əsasları

-İstehsalın iqtisadiyyatı və menecmenti

-Avtomatlaşdırmanın əsasları

-Həyat fəaliyyətinin təhlükəsizliyi

-Materialların təkrar emalı

-Maşın hissələrinin bərpa texnologiyası

-Kompozisiya materialları texnologiyası

-Mülki müdafiə

Peşə hazırlığı üzrə seçmə fənlər:

-Xüsusi xarici dil

-Maşın hissələrinin bərpası

-Metalşünaslıq

-İntellektual sistemlər

-Maşın avadanlıqları

-İxtisas üzrə praktikum

-Təkrar emal texnologiyaları və sistemləri

-Riyazi məntiqi məsələlər və s.