Tərcümə

 

Proqram:Tərcümə üzrə maqistr

Müddət: 2 il

Təhsil forması: əyani

İllik təhsil haqqı: 2000 AZN

Təlim dili: azərbaycan, ingilis və rus dili

Tərcümə üzrə magistr proqramı tərcümə sahəsində praktiki bacarıqları gücləndirən və tərcümə fəaliyyəti zamanı əqli və fəlsəfi baxışların təkmilləşdirilməsinə şərait yaradan proqramdır. Bu təhsil proqramının məqsədi:

* Tərcümə prosesində tərcümə nəzəriyyəsinə əsaslanan biliklərin təkmilləşdirilməsi

* Tərcümə araşdırmalarında nəzəri biliklərə əsaslanan anlayışların təkmilləşdirilməsi

* tərcüməyə müxtəlif yanaşmalar strategiyasının tətbiqi;

* Tərcümə praktikası və nəzəriyyəsi mühüm tərcümə bacarıqları ilə bərabər elmi tədqiqatların aparılması, şərhlər və ön yazıların yazılması, analitik düşüncənin təkmilləşdirilməsinə kömək edir.

Fənlər: xarici dil, ali məktəb pedaqogikası, psixologiya, işgüzar üslub, bədii üslub, rəsmi üslub, tərcümə nəzəriyyəsi, elmi- texniki tərcümə, siyasi-ictimai tərcümə, iqtisadi tərcümə, mədəniyyət materiallarının tərcüməsi.

Seçmə fənlər: fəlsəfə, politologiya, tərcümənin qrammatik əsasları, bədii tərcümə nəzəriyyəsi, linqvistik tərcümə nəzəriyyəsi, sinxron və ardıcıl tərcümə, ədəbi tərcümə, xüsusi terminlərin tərcüməsi, İngilis və Amerikan tərcümə variantları arasındakı fərq, tərcümə,qloballaşma və qlokallaşma, müxtəlif sistemli dillərdə incəsənət leksikası, tərcümə-mədəniyyətlərin və dillərin kompromisi kimi, dil və mədəniyyət

Magistrantlar mütləq qaydada tərcümə üzrə və tərcümə dərslərində elmi-pedaqoji təcrübə keçməli və magistr dərəcəsi almaq üçün magistr dissertasiyasını müdafiə etməlidirlər.

Magistr nəzəri prinsip və tədqiqat metodları haqqında ümumi təsəvvürə və dərin biliyə malik olmalı, peşə hazırlığı tələb edən elmi-tədqiqat işi aparmağa və pedaqoji fəaliyyətə hazır olmalı, peşəkar fəaliyyəti çərçivəsində gözlənilməz və mürəkkəb məsələləri həll etməyi bacarmalıdır.

Proqram uğurla başa çatdıqdan sonra magistrlar dövlət və özəl sektor təşkilatlarında, kommersiya şirkətləri, beynəlxalq şirkətlərdə öz peşə fəaliyyətlərini qura bilərlər, eyni zamanda elmi fəaliyyətlərini davam etdirə bilərlər.