Tərcümə (ingilis, alman, fransız, çin) üzrə bakalavr dərəcəsi

Proqram: Tərcümə (ingilis, alman, fransız, çin) üzrə bakalavr

 

Müddət: 4 il

Kredit: 240

Təhsil forması: əyani

İllik təhsil haqqı: 2400 AZN (bu məbləğ 2 dəfəyə - hər semestr öncəsi ödənilir)

Təlim dili: azərbaycan, ingilis, alman, fransız, çin

Tərcümə üzrə bakalavr dərəcəsi xarici dili şifahi və yazılı şəkildə mənimsəməklə qazanılmış yüksək dil bacarıqlarının yazılı və şifahi/sinxron tərcüməçilikdə tətbiqinə yönəlmiş çoxsahəli tədris proqramıdır. Proqram peşəkar tərcümə, linqvistika, terminologiya, şifahi ifadələr, tərcümə və media kimi sahələri əhatə edir. Tələbələr ədəbi mətnlərin və yazılı ifadələrin öyrənilməsi, onların orijinal və həqiqi formalarının bərpası, mənalarının təyin edilməsi istiqamətində dərin nəzəri bilik və təcrübi bacarıqlarla təmin olunurlar.

Dərəcə almaq üçün tələbələr diplomqabağı təcrübə keçməli və buraxılış işini müdafiə etməlidirlər.

Proqramın tərkibinə daxil olan hazırlıq fənnləri : Azərbaycan dili və nitq mədəniyyəti, fəlsəfə, politologiya, psixologiya, sosiologiya, azərbaycan respublikasinin konstitusiyasi və hüququn əsasları, etika.

İxtisas-peşə hazırlığı fənləri: eşidib anlama və nitq, oxuyub anlama və yazı, yazılı anlama və yazılı ifadə,şifahi anlama və şifahi ifadə, peşəkar tərcümənin əsaslar,yazili mətnin şifahi tərcüməsi, kompüter tərcümə proqramları, tərcümə nəzəriyyəsi, yazılı tərcümə, sənədləşmə və terminologiya, ardıcıl tərcümə və qeydgötürmə texnikası, şifahi tərcümə, xarici dil,informatika, ölkəşünaslıq və mədəniyyətlərarası ünsiyyət, mülki müdafiə.

Peşə hazırlığı üzrə seçmə fənlər: Dil və mədəniyyətбMüasir Azərbaycan dili, media ingilis dili, ingilis dilində alınma sözlər, müxtəlif mədəni kontekstlərin tərcüməs, poeziya tərcüməsinin xüsusiyyətləri, bədii tərcümə, akademik və professional yazı, Britaniya və Amerika ingilis dilləri arasındakı fərqlər

İstifadə olunun laborator imkanlar:

Lingofon apparatı, proyektorlar, noutbuklar, magnitofonlar

Karyera imkanları: Proqramı müfəvvəqiyyətlə bitirən məzunlar dövlət və özəl kolleclərdə, orta təhsil müəssisələrində, beynəlxalq şirkətlərdə tərcüməçi, müxbir, baş redaktor, texniki yazıçı, sinxron tərcüməçi fəaliyyət göstərə bilərlər