Texniki estetika və dizayn

"Texniki estetika və dizayn” ixtisası üzrə fəlsəfə doktoru proqramı doktorantlara analitik təfəkkür qabliyyətinə,müasir tədqiqat metodlarına, kompetensiyalara yiyələnməyə hər bir şərait yaradlr. Tədriz çərçivəsində doktorantlar dizayn tarixi, vizual mədəniyyətin nəzəriyyəsi və təctübəsi, dizayn layihələndirmənin müasir metodları, ekoloji aspektləri,dizaynın müasir problemləri,dizaynın müxtəlif istiqamətləri, performativ incəsəntlər və s. ilə bağlı elmi-tədqiqat problemlərini kompleks şəklində həll etməyi öyrənirlər. "Texniki estetika və dizayn” ixtisası üzrə fəlsəfə doktoru proqramı doktorantlara sənətşünaslıq və vizual mədəniyyət sahəsində elmi-pedaqoji fəaliyyəti həyata keçirtmək üçün zəruri biliklər verərək onları müasir və aktual tədris metodikaları ilə taniş edir( məsələn, pedaqoji fəaliyyət zamanı onlayn-texnologiyalardan, inteqrativ metodlardan istifadə).

"Texniki estetika və dizayn” ixtisası üzrə fəlsəfə doktoru proqramının məqsədi-sənətşünaslıq sahəsində yeniliklərin mövcud olduğu dünya elminə inteqrasiya edərək yüksək səriştəyə malik elmi kadrların hazırlanmasıdır.