Uğurlu karyeranın təməli!

Tur Heyerdal və Azərbaycan


Tur Heyerdal biologiya,zoologiya,botanika və coğrafiya sahələrinde təcrübə qazanmış Norveçlı etnoqraf və səyahətçi idi.O,öz həyatını dünya sirlərini tədqiq etməyə həsr etmişdi.Heyerdal həmçinin keçmişdəki insanları da dənizləri fəth edərək yeni ərazilər tapdıqları üçün təqdiqatçı hesab edirdi.O,həmin insanların dünyanın hələ nə qədər çox hissəsini görə bilmə ehtimalını göstərməyə çalışırdı.

Heyerdal 1914-cü ildə Norveçin kiçik balıqçı şəhəri Larvikdə anadan olmuşdur.O,Oslo Universitetini bitirmişdir.Heyerdal 1947-ci ildə sal vasitəsilə Sakit Okean boyunca Cənubi Amerikadan Tomatu adalarına qədər 8000 km məsafə qət edərək Kon-Tiki ekspedisiyasını həyata keçirməklə məhşurlaşmışdır.Ekspedisiyanın məqsədi qədim insanların daha uzun dəniz səyahətləri edərək tamam ayrı mədəniyyətlər arasında necə əlaqə yarada biləcəklərini göstərmək idi.Tur Heyerdal 1955-ci ilin oktyabr ayında Pasxa adalarına səyahət etmişdi.Adanın nəhəng,sirli daş heykəlləri ona Cənubi Amerika ölkəsi Perudakı qədim heykəlləri xatırladırdı.O,hesab edirdi ki,bu heykəllərin mövcudluğu Sakit okeanın ilkin ada sakinlərinin Cənubi Amerikadan gəldiyini sübut etməyə kömək edir.


Heyerdalın növbəti səyahəti 1961-ci ildə Atlantik Okean boyunca olmuşdur.O ,keçmiş zamanlarda insanların Afrikadan Amerikaya səyahət edə bilmə mümkünlüyünü araşdırmaq istəyirdi.Qədim Misirlilərin rəsmlərindəki qamış qayıqlarının təsviri onda bu işə böyük maraq oyatmışdı.Qayıqlar Perudakı keramik qab təsvirlərinə bənzəyirdi.Ola bilsin ki,insanlar Afrikadan qamış qayıqlarda üzmüşdülər.Bu səyahət üçün Tur qamışdan hazırlanmış qayıq düzəldərək onu qədim Misirin günəş Allahı şərəfinə Ra adlandırdı.

Heyerdalın sonuncu dəniz səyahəti Hind Okeanı boyunca,”Tigris”(Dəclə) adlı qamış qayıq lə olmuşdu.Ətrafdakı ölkələr müharibə və aclıqdan ziyan gördüyü üçün o,yalnız Cibutidə sahilə çıxa bilmişdi.Necə məyus olduğun göstərmək üçün nəsə etməli idi və buna görə Cibuti limanında ‘Tigris’i yandırdı.Daha sonra Birləşmiş Millətlər təşkilatına bu məzmunda məktub ünvaladı:”Dünyanın bütün ölkələri sülh naminə çalışmalıdır.Əks təqdirdə,dünyamız ’Tigris’kimi batan gəmiyə çevriləcək”.

Heyerdal Azərbaycana 4 dəfə səfər etmişdir.O,Qobustan ərazisində mövcud olan ,e.ə 8-7-ci minilliklərə aid qaya rəsmlərinə heyran qalmışdı.Rəsmlərin bədii üslubları onu Norveçdə tapılmış təsvirlərə çox bənzər olduğuna inandırdı.Heyerdal Azərbaycani qədim inkişaf etmış sivilizasiyanın bir parçası hesab edirdi.O demişdi:’Azərbaycanlılar öz qədim mədəniyyətləri ilə fəxr etməlidir.Onların mədəniyyəti Çin və Mesopatamiya kimi qədim və zəngindir”.

Tur Heyerdal 1999-cu ildə Bakıya səfəri zamanı,Elmlər Akademiyasında qədim Skandinaviya krallarının tarixi haqqında mühazirə oxumuşdur.O,13-cü esr tarixçi və əfsanəçi Snorri Sturlusonun ‘Odini’ öz adamları ilə Azər adlı ölkədən Şimala gəlməsindən bəhs edən yazıçı haqqında danışmışdı.Bununla yanaşı həmin ildə görkəmli alim Qərb Universitetinin fəxri professoru adına layiq görülmüş və ömrünün sonuna kimi universitetimizlə sıx əlaqələri olmuşdur.Onun son layihələrindən biri olan ‘Odinin axtarışı ilə ’kitabı 2001-2002-ci illərdə Rusiya ərazisində Azovda qazıntılar zamanı başlanğıcını qoymuş olduğu Odin fərziyyəsinə yenidən baxış idi.Onun nəzəriyyəsi nadir hallardaelm tərəfindən qəbul edilirdi,ancaq Heyerdal özü bütün elmi tənqidləri qəbul etmırdi.

Sonraki illərdə Heyerdal ir çox digər ekspedisiya və arxeloji layihələrin iştiakçısı olmuşdur.O,qayıq düzəltmə bacarığı və mədəni diffuziya sahəsidəki xüsusi əhəmiyyətliliyi ilə daha çox yadda qaldı.Heyerdal 2002-ci ildə 87 yaşında vəfat etmişdir.Bu Norveçli səyahətçi ənənəvi düşüncənin sərhədlərini qırdı və bunu heç də üzrxahlıqla etmedı.’ Sərhədlər?’ sual vermiş kimi cavablandırırdı’Mən heç bir sərhəd görmədim ancaq bilirəm ki,onlar bir çox insanın düşüncəsində mövcuddur’.